31 Mart-Azərbaycanlıların soyqrımı günü

Məktəbin fəaliyyət planının 1.13.16 bəndinə uyğun olaraq məktəbimizdə 31 Mart-Azərbaycanlıların soyqrımı günü ilə bağlı tədbir keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, düşmənə nifrət hissini gücləndirmək, vətənə məhəbbət hissini aşılamaqdır. Bu soyqrım  Azərbaycan xalqı və dövlətinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi sürətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XXI əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycanlıların  soyrımı Bakı, Sumqayıt, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Soyqrım nəticəsində 12 minə yaxın Azərbaycanlı qətlə yetirilib, minlərlə insan itkin düşüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi