“Dəmir yumruq əməliyyatı” adlı inşa yazı müsabiqəsi keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2020 – ci il tarixli F – 512 nömrəli əmrinin, BŞTİ – nin 24 noyabr 2020 – ci il tarixli F – 233 nömrəli 3.2.6 – cı bəndinin icrası məqsədi ilə məktəbdə “Dəmir yumruq əməliyyatı” adlı inşa yazı müsabiqəsi keçirildi. Məqsəd Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı tarixi qələbənin mahiyyət və məzmununun çatdırılması, təlim – tərbiyə prosesində hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində şagirdlərdə vətənə , xalqa məhəbbət hislərinin aşılanmasıdır.

     Bu məqsədlə məktəbdə kompleks tədbirlər həyata keçirilir. İnşa müsabiqəsində baş verən hadisələrə şagirdlərin fəal münasibəti hiss olundu. İnşa yazıların böyük əksəriyyətində aşağıdakı fikirlərin ümumiləşdiyi müşahidə olundu.

    Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verdi. Bu şanlı Vətən savaşının sonunda Ermənistan tərəfindən işğal edilmiş 300 - ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, coxsaylı strateji yuksəkliklər düşməndən azad olundu. Düşmənin uzun illər işğal altında saxladığı müqəddəs ruhlarımızın uyuduğu torpaq uğrunda aparılan , sonu qələbə ilə bitən bu mübarizə hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirdi.Artıq 10 noyabr xalqımız üçün Zəfər bayramıdır, Qələbə günüdür. Azərbaycan Dövlət – Ordu – Xalq birliyinin gücü , savaş meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarının şücaəti düşmənin dünyada 30 ildə  yaratmağa cəhd etdiyi mifi 44 gündə alt – üst elədi.Biz artıq Qalib Azərbaycanın vətəndaşlarıyıq Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik. Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan!

      Yazı işlərinin yoxlanılması nəticəsində Heydərli Zeynəb I yerə, Zalov Toğrul II yerə, İsgəndərova Samirə III yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi