2 aprel ümumdünya autizm günüdür
2 aprel ümumdünya autizm günüdür. Autizm nədir?, autik uşaqlarla davranış qaydaları, onlarla ünsüyyətdə diqqət yetiriləcək məqamlar, autizmin vaxtında aşkar olunması, autizm uşaqlar olan ailələrə diqqətin yetirilməsi və s. məsələlər haqqında 8b sinif şagirdləri müzakirə apardılar. Maarifləndirmə aparmağın məqsədi autizm anlayışını şagirdlərdə formalaşdırmaq, bu barədə məlumatlı olmağı təmin etmək, gələcək həyatlarında rastlaşdıqları halda nə edəcəklərini öyrətməkdir. Autizmli uşaqlar özünəqapanan olsalar da onlar tək deyil, onların ətrafında onları başa düşəcək biz insanlar varıq !