“Novruz milli - mədəni dəyərimizdir”
Məktəbin fəaliyyət planına əsasən 4”B” sinfində “Novruz milli - mədəni dəyərimizdir” adlı sinifdaxili təşkilat saatı keçirildi. Məqsəd milli-mədəni dəyərlərimizi təbliğ etmək, odlar yurdu Azərbaycanın qədim adət - ənənələrini şagirdlərə aşılamaqdır. Şagirdlər “Bahar gəlir” mahnısını oxudular, Novruz adət ənənələrini sadaladılar, qızlar Novruz haxışdalarını söylədilər. Şagirdlər söylədikləri şeir və bayatılarda yazın gəlişini, köhnə ilin bitməsini, təbiətin yenidən dirilməsini əks etdirdilər.