Nizami Gəncəvi İli

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib. Dahi sənətkarın bədii irsinin öyrədilməsi, təbliğ edilməsi məqsədilə tədbirlər davam etdirilir.
11.02.2021 tarixində 6 “A” sinfində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan dərs keçirilib. Şagirdlər N.Gəncəvinin həyatı, əsərləri haqqında məlumat toplamış, slaydlar hazırlamış, qəzəllər əzbərləmişlər. Şagirdlərdən M.Ramal, M.İbrahim şairin həyatı və əsərləri haqqında, İ.Xədicə Nizami Gəncəvi irsinin Azərbaycan musiqisinə təsiri haqda məlumat verdi. Ə.Canpolad, Ə.Əmirxan, B.Sevil, M.Sədamil şairin yaradıcılığı, həyatı haqqında slayd nümayiş etdirdilər. H.Aminə, M.Elmir, H.Şövkət Nizami Gəncəvinin dillər əzbəri olan qəzəllərindən səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi