Vətənpərvərlik və tolerantlıq

Məktəbin illik fəaliyyət planına əsasən “Mənəvi dəyərlərimiz” həftəsi ilə əlaqədar tədbirlərimiz davam edir. Məktəbin ibtidai sinif müəllimi Mərziyyə Əliyeva 4 “B” sinfində “Vətənpərvərlik və tolerantlıq” mövzusunda tədbir keçirdi. Bu tədbiri keçirtməkdə məqsəd şagirdlərə  xalqımızın vətənpərvərliyi,  Azərbaycan dövlətini tolerant dövlət kimi müxtəlif fikir, inam, əqidə və dünyagörüşünə malik olan hər bir insanın haqq və hüququna hörmətlə yanaşması haqqında məlumat verməkdir. Tolerantlıq qarşısındakına insan olduğu üçün dəyər verməkdir. Tolerantlıq başqasına mənəvi hisslərinə, öz mənəvi duyğularına hörmət gözlədiyi üçün hörmətlə yanaşmaqdır. Tolerantlıq birtərəfli deyil, çoxtərəfli münasibətləri həlqəsinin təzahürüdür. Şagirdlər videoçarxa baxdıqdan sonra topladıqları məlumatları təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi