Fizika dərsindən "Fotoaparat" mövzusunda nümunəvi dərs

Gündəlik həyatımızda sevimli məşğuliyyətimizdən biri də şəkil çəkdirməkdir. Maraqlı şəkillər çəkib müxtəlif programlar vastəsi ilə onu "fotoşop" edərək öz zövqümüzə uyğun dəyişirik. Elm və texnologiya inkişaf etdikcə, bu prosesləri etmək daha da asanlaşır və biz bunu fotoaparat olmadan mobil telefonlar vasitəsilə də həyata keçiririk. Bugünkü gündə iki-üç saniyəyə çəkilən fotoları keçmişdə əldə etmək elə də asan deyildi. Fotoaparat ixtira olunana qədər insanlar, sadəcə, əl rəsmləri çəkə bilirdilər. Təxminən, 30.000 il bundan öncə, mağara divarlarında cızılan ilk rəsmlər insanların yaşadıqları anı, tarixin izində itib-batmaması üçün göstərilən ilk cəhd kimi götürmək olar. E.ə. dördüncü yüzillikdə Aristoteles "Problem" adlı təcrübəsində iynə deşiyi də adlandırılan kiçik deşikdən əldə etdiyi görüntünü izah etməsi ilə fotoaparat qurğusunun atası sayılan "camera obscura"nı (latıncadan camera otaq, obscura isə qaranlıq deməkdir) ixtira etmişdir. "Camera obscura"nın çox asan işləmə qaydası vardı: Divarında kiçik bir deşiyi olan qaranlıq otaqda deşikdən girən işıq, qarşısında olan divarın üzərinə çöldəki mənzərənin tərs görüntüsünü əks etdirir. Onuncu yüzillikdə yaşamış Alhazen adı ilə tanınmış ərəb fiziki və riyaziyyatçısı İbn Al-Haitam şam və onun üstündə kiçik bir deşik olan bir pərdə istifadə edərək, bəsit camera obscura düzəltdi. Bu ixtira Avropada bəyənilsə də, praktik cəhətdən istifadəsi uzun zaman tələb edirdi. Daha sonra, Johannes Keplerin (1571–1630) daşına bilən ca mera obscura yaratması tarixdə yenilik oldu. Məktəbin fəaliyyət planına əsasən Fizika fənn aylığı çərçivəsində müəllim Könül Mahmudova nümunəvi dərs keçmişdir. Keçirilən dərs 9 A sinfində "Fotoaparat" mövzusunda olmuşdur. Öncədən şagirdlərə dərsin məqsədi elan və izah edilmişdir. Məqsəd alt standarta uyğun idiş Müəllim dərs zamanı etdiyi fəaliyyətlər dərsin məqsədinin reallaşmasına xidmət etdi. Şagirdlər dərs ərzində qruplaşaraq "Fotoaparat hazırlayaq" adlı araşdırmanı icra etdilər.