“Ailəm və məktəbim” layihəsi çərçivəsində valideyn iclası keçirildi

12.09.2025-ci il tarixində N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində sinif müəllimləri Günay İsmayılova və Fidan Əhmədovanın rəhbərliyi ilə valideyn iclasları təşkil olunub. Görüşdə valideynlər, müəllimlər və TTİÜDM Elza Cəfərova iştirak ediblər. İclas zamanı şagirdlərin dərsə davamiyyəti və gündəlik hazırlıq səviyyəsi, tədris prosesində valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi, şagirdlərinin davranış qaydaları və məktəb intizamı, təhlükəsizlik qaydalarına əməl olunması, şagirdlərin psixoloji inkişafı və valideyn-uşaq münasibətləri müzakirə olunmuşdur.
Məktəbdə keçiriləcək tədbir və layihələrdə valideynlərin fəal iştirakı, təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə əməkdaşlığın vacibliyi vurğulanıb.
Valideynlərin təklif və rəyləri dinlənildi.