Kiçik Akademiya

Ucuz və Təmiz Enerji Mənbələri mövzusunda Kiçik Akademiyanın təqdimatı keçirildi30 may 2023-cü il tarixində Kiçik Akademiyanın üzvü X sinif şagirdi Qurbanova Mətanətin "Ucuz və Təmiz Enerji Mənbələri" mövzusunda təşkil etdiyi təqdimatı keçirildi. O, mövzu haqqında Kiçik Akademiyanın üzvlərinə ətraflı məlumat verdi."Ucuz və Təmiz Enerji Mənbələri" başlığı ilə keçirilən təqdimat olduqca maraqlı olmuş və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Ətraflı

“Zəfər yürüşünün ilk addımları” mövzusunda kiçik akademiyanın təqdimatı keçirildi07 aprel 2023-cü il tarixində Kiçik Akademiyanın üzvü VI sinif şagirdi Yusibli Mədinənin Aprel döyüşlərində şəhid olmuş vətən övladlarının xatirəsini yad etmək məqsədi ilə “Zəfər yürüşünün ilk addımları” mövzusunda təqdimatı keçirildi. Şagird öz təqdimatında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlər haqqında ətraflı məlumat verdi.

Ətraflı

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda Kiçik Akademiyanın təqdimatı keçirildi06 dekabr 2022-ci il tarixində Kiçik Akademiyanın üzvü X sinif şagirdi Nigar Vəliyevanın müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda təqdimatı keçirildi. Şagird təqdimatında Ulu Öndərin həyat və fəaliyyətindən, onun dövlətçiliyimiz tarixindəki müstəsna xidmətləri haqqında geniş məlumat verdi.

Ətraflı

X sinif şagirdinin “Say sistemləri” mövzusunda təqdimatı dinlənildi05 dekabr 2022-ci il tarixində X sinif şagirdi Firuzə Səmədovanın “Say sistemləri” mövzusunda təqdimatı keçirildi. Şagird təqdimatında lap qədim dövrlərdən ədədləri işarə etmək və onlar üzərində əməliyyatlar aparmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə olunmasından danışdı o həmçinin say, miqdar bildirmək və təsvir etmək üçün istifadə olunan işarələr və üsullar toplusu say sistemini əmələ gətirilməsi haqqında Kiçik Akademiyanın üzvlərinə ətraflı məlumat verdi.

Ətraflı

İdman həftəsi çərçivəsində məktəbin Kiçik akademiyası üzvünün Azərbaycan futbolçuları haqqında təqdimatı keçirildi04 mart 2022-ci il tarixdə Kiçik akademiyanın üzvü X sinif şagirdi Hüseyinli Tahirin Azərbaycan futbolçuları haqqında təqdimatı keçirildi. Şagird təqdimatında bildirdi ki, müasir futbolun özünə məxsus klassik tarixi yoxdur. Dünyanın bir çox yerində mövcud olan digər top oyunlarının futbolla oxşarlıqları var. Futbolun müasir qaydaların yaranması 19-cu əsrin ortalarında İngiltərənin məktəblərində oynanılan futbolun müxtəlif formalarını standartlaşdırmaq üçün edilən səylər ilə bağlıdı. Bu oyun növü ən azı 8-ci əsrdən mövcuddur. Həmçinin O, öz təqdimatında Azərbaycanın tanınmış futbolçuları haqqında geniş məlumat verdi.

Ətraflı

“Aşıq Ələsgər və Azərbaycan folkloru” adlı təqdimat işi dinlənilib22 oktyabr 2021-cu il tarixində Kiçik Akademiyanın üzvü 7-ci sinif şagirdi Nərmin Alyarlının “Aşıq Ələsgər və Azərbaycan folkloru” adlı təqdimat işi dinlənilib. Nərmin Alyarlı öz çıxışında Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında danışıb

Ətraflı

Kitabla ömürlük dostluq20 aprel 2021-ci il tarixində onlayn qaydada məktəbdə fəaliyyət göstərən kiçik akademiyanın üzvlərinin “Kitabla ömürlük dostluq” layihənin təqdimatını nümayiş etdirdilər. Şagirdlərin mütaliəyə marağının artması, onların kitabxanaların dostu olması üçün bu cür layihələr mütəmadi həyata keçirilməlidir. Çünki şagirdlər bu cür layihələrdə maraqla iştirak edirlər. Qazandıqları isə kitabla ömürlük dostluqları olur.

Ətraflı

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar kiçik akademiyanın təqdimatıErmənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Erməni vandallarının xalqımıza qarşı törətdiyi vəhşiliklərin gənc nəslin diqqətinə bir daha çatdırmaq məqsədilə 31 mart 2021-ci il tarixində onlayn qaydada məktəbdə fəaliyyət göstərən kiçik akademiyanın üzvü, VII sinif şagirdi Rəsulzadə Pakizənin 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar hazırladığı təqdimat nümayiş olundu.

Ətraflı

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə Kiçik Akademiyanın təqdimatı keçirildi10 dekabr 2020-ci il tarixində Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibəti iləməktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın onlayn təqdimatı keçirilmişdir. Onlayn tədbirdə VII sinif şagirdi Rəsulzadə Pakizənin əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr olunan videoçarxıda nümayiş olundu.

Ətraflı

Azərbaycan elminin beşiyi-Bakı Dövlət Universiteti“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin 09.12.2019-cu il tarixli, F-717/1 nömrəli əmrinin bəndlərinin icrasını təmin etmək, ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq təhsil müəssisələrində tərbiyə işini təkmilləşdirmək, təhsilalanların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda ölkəmizin tarixinə, mədəniyyətinə bağlılıq, fəal vətəndaş mövqeyinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə nail olmaq məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndinə əsasən 10 yanvar 2020-ci il tarixində “Kiçik Akademiya”nın növbəti təqdimatı keçirilmişdir. IX sinif şagirdi Rəbiyyə Qurbanova tərəfindən “Azərbaycan elminin beşiyi - Bakı Dövlət Universiteti” təqdimat olduqca maraqlı olmuş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır

Ətraflı

Kiçik Akademiyanın "Heydər Əliyev Fondu"na dair tədqiqat işi28 dekabr 2019-cu il tarixində Kiçik Akademiyanın vitse-prezidenti Vüsalə Alyarovanın rəhbərliyi ilə Kiçik Akademiyanın üzvü 5-ci sinif şagirdi Nərmin Alyarlının "Heydər Əliyev Fondu"na dair tədqiqat işi dinlənildi. Nərmin Alyarlı öz çıxışında Fondun Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradıldığını qeyd etdi. O, bildirdi ki, Azərbaycanın hər bölgəsində ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli Liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, Onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir.

Ətraflı

“Kiçik Akademiya”nın Alternativ Enerji Mənbələrinə dair təqdimatı keçirildi27 dekabr 2019-cu il tarixində “Kiçik Akademiya”nın növbəti təqdimatı keçirilmişdir. 7-ci sinif şagirdi Mətanət Qurbanova tərəfindən “Alternativ Enerji Mənbələri” başlığı ilə keçirilən təqdimat olduqca maraqlı olmuş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır

Ətraflı

Məktəbdə “Gəlin tanış olaq layihəsi” çərçivəsində təqdimat keçirildiBu gün məktəbin qarşısında duran ən vacib məsələ şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunması, onların milli-mənəvi dəyərlərə sadiq ruhda, eyni zamanda hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə də müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də “Gəlin tanış olaq layihəsi”dir Layihə çərçivəsində 09 dekabr 2019-cu il tarixində məktəbin tarix müəllimi, “Kiçik akademiyanın” humanitar sahə üzrə vitse prezidenti Vüsalə Alyarovanın rəhbərliyi ilə X sinif şagirdi Əhmədzadə Nəzakətin “Gürgənin keçmişi və bu günü” mövzusunda hazırladığı araşdırma işinin müzakirəsi keçirildi. Müzakirədə Gürgən qəsəbəsində yerləşən qədim qəbirsənliyin, ovdanın və qədim bulağın tarixi geniş yer almışdır.

Ətraflı

Məktəbdə “Kiçik akademiya”nın fəaliyyəti təkmilləşdirilirÜmumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri rəhbər tutularaq 231 nömrəli tam orta məktəbdə də “Kiçik Akademiya” yaradılmış və onun fəaliyyəti gündən-günə təkminləşdirilir. “Kiçik Akademiya”nın yaradılmasında əsas məqsəd yaradıcılıq, elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması, onların əsl vətəndaş kimi formalaşmasına kömək göstərməkdən ibarətdir. Bu məqsədlə 06 dekabr 2019-cu il tarixində “Kiçik Akademiya”nın növbəti təqdimatı keçirilmişdir. 6-cı sinif şagirdi Ayşən Cəfərova tərəfindən “Kompüter texnikasının əsasları” başlığı ilə keçiriləntəqdimat olduqca maraqlı olmuş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Ətraflı

"Kiçik Akademiya"nın təbiət fənləri bölməsi üzrə vitse-prezidenti"Kiçik Akademiya" nın təbiət fənləri bölməsi üzrə vitse-prezidenti Azərbaycan Azərbaycan Dövlət Pedaqoji Universiteti fizika fakultəsini bitirmiş, 14.09.2005 -ci il tarixdən məktəbdə fəaliyyətə başlamış fizika müəllimi Könül Mahmudova

Ətraflı

"Kiçik Akademiya"nın riyaziyyat və informatika fənləri bölməsi üzrə vitse-prezidenti"Kiçik Akademiya" nın riyaziyyat və informatika fənləri bölməsi üzrə vitse-prezidenti Azərbaycan Dövlət Pedaqoji Universiteti riyaziyyat fakultəsini bitirmiş, 13.11.2020-ci il tarixdən məktəbdə fəaliyyətə başlamış riyaziyyat müəllimi Kəmalə Süleymanova

Ətraflı

"Kiçik Akademiya"nın humanitar fənləri bölməsi üzrə vitse-prezidenti"Kiçik Akademiya" nın humanitar fənləri bölməsi üzrə vitse-prezidenti Bakı Qızlar Universitetinin tarix fakultəsini bitirmiş, 01.11.2008-ci il tarixdən məktəbdə fəaliyyətə başlamış tarix müəllimi Vüsalə Alyarova

Ətraflı

"Kiçik Akademiya"nın prezidenti"Kiçik Akademiya" nın riyaziyyat və informatika fənləri bölməsi üzrə vitse-prezidenti Azərbaycan Dövlət Texniki Universiteti riyaziyyat-informatika fakultəsini bitirmiş, 15.08.2006-ci il tarixdən məktəbdə fəaliyyətə başlamış riyaziyyat və informatika müəllimi Samirə İsgəndərova

Ətraflı

Kiçik Akademiya8 may 2019-cu il tarixindən 231 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın yaradılması hümanitar, riyaziyyat və informatika, təbiət fənləri üzrə təmin edilib. Məktəbin riyaziyyat müəllimi İlhamə Qarayeva "Kiçik Akademiya" nın preidenti, Vüsalə Alyarova humanitar, Samirə İsgəndərova riyaziyyat və informatika, Könül Mahmudova təbiət fənləri üzrə vitse prezidentlər təyin olunmuşlar. "Kiçik Akademiya"ya cəlb olunan istedadlı şagirdlər: 8 may 2019-cu il tarixindən 231 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın yaradılması hümanitar, riyaziyyat və informatika, təbiət fənləri üzrə təmin edilib. Məktəbin riyaziyyat müəllimi İlhamə Qarayeva "Kiçik Akademiya" nın preidenti, Vüsalə Alyarova humanitar, Samirə İsgəndərova riyaziyyat və informatika, Könül Mahmudova təbiət fənləri üzrə vitse prezidentlər təyin olunmuşlar. "Kiçik Akademiya"ya cəlb olunan istedadlı şagirdlər: 1.Baxşəliyeva Fatimə Zülfiqar qızı 2.Alməmmədov Ülvi Elçin oğlu 3.Baxşıyev Rinat Əfqan oğlu 4.Əsgərov Cəfər Cəlal oğlu 5.Vəliyeva Aylin Ramiz qızı 6.Yusibli Mədinə Ramiz qızı 7.Cəfərova Mələk Rasim qızı 8.Abasıliyeva Nəzrin Anar 9.Həşimov Anar İsfəndiyar 10.Qafarlı Kənan Tacir 11.Kərimli İbrahim Rəfail oğlu 12.Kərimli Leyla Rəfail 13.Atakişiyeva Aysu Muğan 14.Ağayeva Zəhra Elşad 15.Əjdərli Gulay İbrahim 16.Qafarlı Uğur Əziz 17.Sevindikzadə Əli Xəyyam 18.Abuşov İsmayıl Azad 19.Teymurov Səbuhi Vahid 20.Alyarlı Nərmin Nəriman 21.Qaracayeva Nəzrin Elşad 22.Məmmədova Səfurə Seyran 23.Məmmədova Leyla Seyran 24.Abdullazadə Aysun Natiq 25.Bayramov Vaqif Musa 26.Bayramlı Elcan Elmar 27. Cəfərova Zəhra Cəfər Qızı 28. Əsgərova Ayşən Cəlal qızı 29. Budaqova Günay Zülfiqar qızı 30. Bayramov Yaqub Musa oğlu 31. Rəsulzadə Pakizə Faiq qızı 32. Sevindikzadə Günay Xəyyam qızı 33. Kərimli Rəvanə Rəfael qızı 34. Cəfərova Ayşən Mahmud qızı 35. Səmədova Firuzə Araz qızı 36. Vəliyeva Nigar Ramiz qızı 37. Həşimova Leyla İsfəndiyar 38. Qurbanova Mətanət Arif qızı 39. Qafarlı Aytac Tacir qızı 40. Abuşova Sara Azad qızı 41. Teymurov Sənan Vahid oğlu 42.Cəfərov İsmayıl Cəfər oğlu 43. Hüseynov Tahir İsmayıl

Ətraflı
HAQQIMIZDA

            Bakı şəhəri 231 nömrəli Nadir Seyidrza oğlu Teymurov adına tam orta məktəb Pira...

BİZİM FƏXRLƏRİMİZ

Rəhimə Cavadzadə Faik

Səbinə Heydərova Vətən

HAQQIMIZDA

            Bakı şəhəri 231 nömrəli Nadir Seyidrza oğlu Teymurov adına tam orta məktəb Pira...

BİZİM FƏXRLƏRİMİZ

Rəhimə Cavadzadə Faik

Səbinə Heydərova Vətən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi