Məktəbdə “Kiçik akademiya”nın fəaliyyəti təkmilləşdirilir

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri rəhbər tutularaq 231 nömrəli tam orta məktəbdə də “Kiçik Akademiya” yaradılmış və onun fəaliyyəti gündən-günə təkminləşdirilir. “Kiçik Akademiya”nın yaradılmasında əsas məqsəd yaradıcılıq, elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması, onların əsl vətəndaş kimi formalaşmasına kömək göstərməkdən ibarətdir. Bu məqsədlə 06 dekabr 2019-cu il tarixində “Kiçik Akademiya”nın növbəti təqdimatı keçirilmişdir. 6-cı sinif şagirdi Ayşən Cəfərova tərəfindən “Kompüter texnikasının əsasları” başlığı ilə keçiriləntəqdimat olduqca maraqlı olmuş və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi