HAQQIMIZDA

            Bakı şəhəri 231 nömrəli Nadir Seyidrza oğlu Teymurov adına tam orta məktəb Pirallahı rayonu ərazisində yerləşir. Məktəb 1967-ci ildən fəaliyyət göstərir. 2011-ci ildə H.Əliyev fondunun dəstəyi ilə əsaslı təmir edilmişdir. Məktəb Qarabağ döyüşlərində şəhid olmuş, məzunumuz Nadir Seyidrza oğlu Teymurovun adını daşıyır. 231 nömrəli məktəb 480 yerlik bir korpusdan ibarət iki mərtəbəli binada yerləşir. Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub. Məktəb bir növbədə fəaliyyət göstərir, 5 günlük iş rejimi ilə işləyir. Məktəbdə müasir avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri, idman zalı, akt zalı, kitabxana, müəllimlər otağı, yeməkxana şagirdlərin ixtiyarına verilmişdir.

            Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir. Müəllimlərin işlərinə məsuliyyətlə yanaşmanın nəticəsidir ki, şagirdlərin nailiyyətləri ilbəil artır. Məktəbdə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün də mütəmadi işlər görülür, silsilə tədbirlər keçirilir. İl ərzində çoxsaylı layihə, müsabiqə və yarışlar reallaşdırılır. Görülən bu işlər təlimin keyfiyyətinin və şagirdlərin müvəffəqiyyətinin təmin olunmasına xidmət edir. 

            Məktəb mühitində uğur qazanmaq üçün ilk növbədə rəhbərlik tərəfindən məqsəd və hədəflər düzgün seçilir, ümumi inkişafa xidmət edən qərarlar vaxtında və yerində verilir. Nailiyyətlər əldə etmək üçün həm də tədris prosesində düzgün vasitə və metodlardan istifadə olunur, sağlam pedaqoji kollektiv formalaşdırılır, şagird və valideynlərlə işin qurulmasına xüsusi fikir verilir. Məktəbdə müəllim və şagirdlərlə işin düzgün qurulması ilə yanaşı, valideynlərlə səmərəli əməkdaşlıq da təmin edilib. Tez-tez valideynlərlə görüşlər keçirilir, onların fikir və təklifləri dinlənilir.  Məktəbdə 2022-2023-cu tədris ilindən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə  "Rəqəmsal bacarıqlar" layihəsi həyata keçirilir. 2021/2022-ci tədris ilidə "Ən yaxşı məktəb saytı" müsabiqəsinin qalibi seçilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi