2024-2025-ci tədris ili üzrə “Kiçik Akademiya”nın fəaliyyəti

03 oktyabr 2024-cü il tarixdə 2024-2025-ci tədris ili üzrə “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi məqsədilə Samirə İsgəndərovanın sədrliyi ilə dəyirmi masa təşkil edildi. “Kiçik Akademiya”nın yeni heyəti təsdiq edildi. Məktəblərdə "Kiçik Akademiya”nın fəaliyyət göstərməsi şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyili olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması baxımından önəmli rol oynayır. Məktəbdə bu sahədə aparılan bütün işlər hərtərəfli inkişaf etmiş şagirdlərin yetişdirilməsində və onların əsl vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət daşıyır. Şagirdlərin dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq qabiliyyətinin və bacarığının formalaşdırılmasında bu şərtə riayət edilməsi vacib pedaqoji üsullardan sayılır. Mövzu ətrafında diskussiya aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi