31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar kiçik akademiyanın təqdimatı

Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Erməni vandallarının xalqımıza qarşı törətdiyi vəhşiliklərin gənc nəslin diqqətinə bir daha çatdırmaq məqsədilə 31 mart 2021-ci il tarixində onlayn qaydada məktəbdə fəaliyyət göstərən kiçik akademiyanın üzvü, VII sinif şagirdi Rəsulzadə Pakizənin 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar hazırladığı təqdimat nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi