Məktəbdə “Gəlin tanış olaq layihəsi” çərçivəsində təqdimat keçirildi

Bu gün məktəbin qarşısında duran ən vacib məsələ şagirdlərin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunması, onların milli-mənəvi dəyərlərə sadiq ruhda, eyni zamanda hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə də müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də “Gəlin tanış olaq layihəsi”dir Layihə çərçivəsində 09 dekabr 2019-cu il tarixində məktəbin tarix müəllimi, “Kiçik akademiyanın” humanitar sahə üzrə vitse prezidenti Vüsalə Alyarovanın rəhbərliyi ilə X sinif şagirdi Əhmədzadə Nəzakətin “Gürgənin keçmişi və bu günü” mövzusunda hazırladığı araşdırma işinin müzakirəsi keçirildi. Müzakirədə Gürgən qəsəbəsində yerləşən qədim qəbirsənliyin, ovdanın və qədim bulağın tarixi geniş yer almışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi