Kiçik Akademiyanın "Heydər Əliyev Fondu"na dair tədqiqat işi

28 dekabr 2019-cu il tarixində Kiçik Akademiyanın vitse-prezidenti Vüsalə Alyarovanın rəhbərliyi ilə Kiçik Akademiyanın üzvü 5-ci sinif şagirdi Nərmin Alyarlının "Heydər Əliyev Fondu"na dair tədqiqat işi dinlənildi. Nərmin Alyarlı öz çıxışında Fondun Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradıldığını qeyd etdi. O, bildirdi ki, Azərbaycanın hər bölgəsində ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli Liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, Onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi