Yeni tədris ilində valideyn iclasları davam edir

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq təsdiq olunmuş qrafik əsasında məktəbimizdə valideyn iclaslarının təşkili davam etdirilir.
İclaslarda ailə–məktəb münasibətləri, şagirdlərin təhlükəsizliyi, valideyn nəzarətinin gücləndirilməsi, dərsə davamiyyət, məktəbin ictimai-mədəni həyatında ailənin rolu və digər mühüm məsələlər müzakirə olundu.
Valideynlərin fəal iştirakı ilə aparılan söhbətlər qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə xidmət etdi. İclasda həmçinin valideynlərin təklifləri dinlənildi və yeni tədris ili üçün planlar müzakirə edildi.
Müəllimlər valideynlərlə sıx əməkdaşlıq etməyin şagirdlərin uğurlu təlim-tərbiyə prosesində mühüm rol oynadığını vurğuladılar.