Məktəbdə yeni tədris ilinə hazırlıq davam edir

   11.09.2025 - ci il tarixində N.S.Teymurov adına 231 nömrəli məktəbdə TTİÜDM Elza Cəfərova, psixoloq Kübra Nağıyeva, UBTR Günel Cəbrayılova sinif rəhbərləri ilə görüş keçirdi. Görüşün əsas məqsədi yeni dərs ilinə hazırlıq işlərinin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və müəllimlər arasında əməkdaşlığın daha da gücləndirilməsi olub.

   Tədbirdə çıxış edən Elza Cəfərova vurğulayıb ki, təhsil prosesinin uğurla həyata keçirilməsi üçün ilk növbədə sinif rəhbərlərinin planlı və məqsədyönlü fəaliyyəti vacibdir.

Kübra Nağıyeva şagirdlərin dərsə adaptasiyası mövzusunda sinif rəhbərlərinə öz tövsiyələrini verdi. Günel Cəbrayılova məktəbin daxili intizam qaydaları, şagirdlərin dərsə davamiyyəti, valideynlərlə mütəmadi əlaqələrin qurulması və tərbiyə işlərinin düzgün təşkili ilə bağlı bir sıra tapşırıq verdi.

   Sinif rəhbərləri də öz çıxışlarında qarşıdakı tədris ili ilə bağlı planlarını bölüşüb, şagirdlərin təhsil və tərbiyə məsələlərində üzləşə biləcək çətinliklər barədə fikir mübadiləsi aparıblar. Görüşün sonunda yeni dərs ilində daha səmərəli nəticələr əldə etmək üçün birlik və həmrəyliyin vacibliyi qeyd olunub.

Sonda məktəbin təsərrüfat müdiri Afayət Rzayeva sinif rəhbərlərini dərs vəsaitləri ilə təmin etdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi