2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar olaraq Pedaqoji Şura iclası keçirildi

  12.09.2025-ci il tarixində N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə 2025-2026 cı tədris ilinin başlanması ilə əlaqədar olaraq Pedaqoji Şuranın iclası keçirildi. İclasda məktəbin yeni tədris ili üzrə əsas fəaliyyət istiqamətləri müzakirə edildi. TTİÜDM Elza Cəfərova  tədris ilində qarşıya qoyulan məqsədləri diqqətə çatdırdı, müəllimlərin peşəkarlığının artırılması, şagirdlərin dərsə davamiyyətinə nəzarət, tədris keyfiyyətinin yüksəldilməsi, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, dərs yükünün bölgüsü, dərs cədvəlinin tərtibi və təlim prosesinin təşkili ilə bağlı məsələlərə toxundu.

   Fənn müəllimləri əvvəlki tədris ilinin nəticələrini təqdim edərək mövcud çatışmazlıqları qeyd etdilər və onların aradan qaldırılması üçün təkliflər irəli sürdülər. Məktəb psixoloqu şagirdlərin sosial-psixoloji vəziyyəti barədə məlumat verdi və bullinq hallarının qarşısının alınması istiqamətində görüləcək tədbirləri açıqladı.

   Müzakirələrin yekununda Pedaqoji Şura tərəfindən yeni tədris ili üçün illik fəaliyyət planı təsdiq edildi və bütün pedaqoji kollektiv qarşıya qoyulan məqsədlərə nail olmaq üçün məsuliyyətli olmağa çağırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi