Məktəbimiz - yeni dostlarımız və davranış qaydaları

I sinif şagirdlərinin məktəb mühitinə uyğunlaşması diqqət mərkəzindədir! 17.09.2025-ci il tarixində məktəbin psixoloqu Kübra Nağıyeva birinci sinif şagirdləri ilə, onların məktəbə adaptasiyası istiqamətində maarifləndirici məşğələ keçirmişdir. Məşğələ zamanı şagirdlərdə məktəb stressinin azaldılması, məktəbdə özlərini təhlükəsiz şəraitdə hiss etmələri üçün dəstəkləyici söhbətlər aparılmış, həmçinin davranış kartlarının vasitəsi ilə, onlara davranış normaları aşılanmışdır.