Biologiya laboratoriyası ilə tanışlıq

Biologiya elmi digər canlılar kimi , insan orqanizminin quruluşunu, fizioloji proseslərini , ətraf mühitlə əlaqəsini öyrənən elmdir. Məktəbimizin biologiya laboratoriyasında müxtəlif eksponatlar, plakatlar, insanın daxili orqanlarının ayrı-ayrılıqda modelləri və mikroskop var. 16.09.2025-ci il tarixində biologiya fənni üzrə laboratoriya ilə VII sinif şagirdləri tanış oldular. Laborant Vəfa Quliyeva və biologiya müəllimi Aygün Orucova şagirdləri laboratoriya ilə tanış etdi və orada saxlanılan əyani vəsaitlər haqqında məlumat verdi. Dərs zamanı müəllimlər və şagirdlər laboratoriyada olan əyani vəsaitlərlə təmin olunurlar.