Bilik Günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə həmin gün "Bilik Günü" elan edilmişdir. Bütün təhsil müəssisələrində olduğu kimi N.S.Teymurov adına 231№li tam orta məktəbdə də 15 sentyabr "Bilik Günü" qeyd olundu. Tədbiri öz çıxışı ilə TTİÜDM Elza Cəfərova açdı. Çıxışının əvvəlində o, ilk növbədə məktəbin keçən ilki nailiyyətlərindən, yüksək nəticə əldə edərək tələbə adı almış məzunlar haqqında fərəh hissi ilə danışdı. Daha sonra Elza müəllim birincilərə, o cümlədən məktəbin müəllim və şagird kollektivinə builki tədris ilində uğurlar arzu etdi. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rauf Əliyev çıxış edərək bu gün münasibəti ilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik etdi.Tədbirin sonunda şagirdlər“ Bilik Günü “ nə aid şeirlər söylədilər. Şagirdlər çıxışları və şeirləri ilə müəllimləri və şagirdləri təbrik etdilər.