Milli Musiqi Günü
Hər il sentyabr ayının 18-i Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Milli musiqi günü Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. 18.09.2025-ci il tarixində məktəbin musiqi müəllimi Yeganə Həsənova tərəfindən Milli Musiqi Günü qeyd olundu. Şagirdlərə ilk növbədə bu gün haqqında geniş məlumat verildi. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə yaxından tanış oldular. Üzeyir Hacıbəylinin yaratdığı əsərlərin filmlərini böyük maraqla izlədilər.
Məktəbin kitabxanasında da Milli Musiqi Günü münasibətilə kitab sərgisi təşkil olundu. Kitabxana müdiri Zəhra Bayramova tərəfindən keçirilən sərgidə Azərbaycan musiqi mədəniyyətini əks etdirən kitablar, dahi bəstəkarımızın – Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına dair nəşrlər nümayiş etdirildi. Sərginin məqsədi şagirdlərdə milli musiqiyə maraq oyatmaq, musiqi tariximizi tanıtmaq və zəngin mədəni irsimizi təbliğ etmək idi.