Şagirdlərimizin növbəti uğurları

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məktəblilər arasında referat yazı müsabiqəsinin rayon üzrə yekun mərhələsi keçirilib. Məktəbimizi təmsil edən şagirdlərdən elmi rəhbəri Nərgiz Məmmədova olan Əli Cəfərlinin və elmi rəhbəri İlqar Əliyev olan Nihat Ağəliyevin yazı işləri uğur qazanaraq hər il təqdim olunan kitabda çap olunmaq hüququ qazanıblar.
Qeyd edək ki, təqdim olunmuş 108 referat müsabiqə üçün təşkil olunmuş xüsusi Komissiyanın üzvləri tərəfindən yoxlanılaraq ümumilikdə 5 mövzu üzrə 14 ən yaxşı referat müəllifi seçilib.
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat müsabiqəsinin məqsədi gənclərdə Azərbaycanın tarixi, mədəniyyəti və tarixi şəxsiyyətlərinə diqqət və marağı artırmaq, şagirdlərə elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaqdır.