“Dostluq” mövzusunda maraqlı görüş keçirilib

Məktəbimizin psixoloqu Səbiə Xaliqovanın təşəbbüsü ilə IV sinif şagirdləri ilə “Dostluq” mövzusunda interaktiv, rəngarəng, maraqlı görüş keçirilib. Görüşün keçirilməsində məqsəd uşaqlarda dostluq münasibətlərinin möhkəmləndirilməsi, mehribançılıq, hörmət və paylaşma kimi dəyərlərin aşılanması olub.
Görüş zamanı şagirdlər qırmızı ürəklər kəsərək sevdikləri dostlarının adını həmin ürəklərə yazıb və onları sinifdə xüsusi olaraq hazırlanmış "Dostluq lövhəsi"nə yapışdırıblar. Bu fəaliyyət uşaqlar arasında pozitiv münasibətlərin təşviq olunmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə və qarşılıqlı anlayışın inkişafına xidmət edib.
Psixoloq dostluğun əhəmiyyəti, yaxşı dost olmağın yolları və dost münasibətlərində dürüstlük, sədaqət, paylaşma kimi keyfiyyətlərin rolu haqqında şagirdlərlə söhbət aparıb. Şagirdlər görüşdə aktiv iştirak ediblər, öz fikirlərini paylaşıblar və dostluq haqqında maraqlı düşüncələrini ifadə ediblər.
Bu tip görüşlər uşaqların sosial və emosional inkişafına töhfə verir, onların məktəb mühitində özlərini daha dəyərli və rahat hiss etməsinə şərait yaradır.