Maarifləndirici görüş keçirilib

Məktəbimizdə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək “Açıq qapı” günlərinə dəvət və məlumatlandırma məqsədilə məktəbin IX sinif şagirdləri ilə görüş keçirilib. Rəna İsayeva şagirdlərə peşə məktəbində olan ixtisaslar və təqaüd sistemi haqqında məlumat verib. Bildirib ki, uşaq dünyaya gəlir, böyüyür, inkişaf edir, məktəbə gedir, öyrənir, həyata atılacaq bir yaşa gəlir. Bu zaman o artıq peşə-ixtisas seçimi ilə qarşılaşır və həyatının ən vacib qərarlarından birini verməli olur. Belə ki, peşə insanın gələcək həyatını, həyat tərzini, yaşamını, ətraf mühitini, xoşbəxtliyini formalaşdırır və ya formalaşmasına böyük edir. Vacib olan şəxsin seçdiyi peşəni sevmək, onu maraq və həvəslə öyrənmək, həmin sahənin peşəkarı olmaq, ailəsinə, xalqına, dövlətinə faydalı şəxs olmaq və xidmət etməkdir. Peşə-ixtisas seçərkən, qərar vermək bəzən bir qədər çətin olur. Bu zaman bir sıra təsir edən faktorlar vardır. İlk növbədə, şəxsin yaşadığı mühit və şərait onun seçdiyi peşəyə uyğun olarsa, seçim etmək daha asan olur. Eyni zamanda, peşə seçimində çox vaxt böyüklərin-valideynlərin təsiri də rol oynayır. Belə ki, böyüklərin tövsiyəsinə əməl etməyi üstün tutduqda, seçim çox da çətin olmur. Eyni zamanda, abituriyentlərin öz arzu və istəkləri və buna müvafiq olaraq, bilik və bacarıqları da nəzərə alınmaqla, seçimi qərarlaşdırmaq olar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi