Zərifə Əliyevanın xatirəsi yad edilib

 “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.”

Ümummilli Lider Heydər Əliyev

“Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Dünya oftalmologiya elminin tanınmış siması, şərəfli, zəngin həyat yolu ilə seçilən tədqiqatçı, alim, filosof, pedaqoq və gözəl ana olan Zərifə Əliyevayanın anım günü ilə əlaqədar təqdimatlar hazırlanıb. Akademik, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim Z.Əliyeva haqqında danışılıb. Həmçinin Z.Əliyevanın yüksək mənəvi-əxlaqi dəyərlərə malik olmasından, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olmasından danışılıb. Bildiriblər ki, Z.Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir. Sonda şagirdlər Z.Əliyeva haqqında hazırlanan təqdimatlar təqdim edilib.

Görkəmli ziyalı, böyük alim, nəcib insan, Ulu Öndərin həyat yoldaşı və möhtərəm Prezidentimizin anası, akademik Zərifə Əliyevanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi