FƏXRİMİZ

             Yuri Kovalyov Petrovic

Yuri Kovalyov 1965-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Onun yeniyetməlik illəri Göyçay, Krosnadar, həmçinin Bakı şəhərində keçmişdir. Yuri Nizami rayonu 229 nömrəli tam orta məktəbi bitirmişdir.

Yuri Kovalyov hərbi xidmətini Baltikyanı hərbi dairədə Hava Desant Qoşunlarında başa vurur. Hərbi xidməti başa vurduqdan sonra Xəzər Dəniz Donanmasında xidmət edir. Dəniz donanmasında işlədiyi dövrdə böyük hörmət qazanır. 1989-cu ildə Yuri xüsusi təyinatlı polis dəstələrinə daxil olur və Qarabağ döyüşlərində iştirak edir.

Yuri Kovalyovun Çaykəndinin alınmasında, insanların mina təhlükəsindən xilas olunmasında çox böyük əməyi olmuşdur. Mərd döyüşçünün igidliyindən xəbər tutan düşmənlər onun başına küllü miqdarda pul vəd etmişdilər.

Torpağını canından çox sevən Kovalyov 3 oktyabr 1991-ci ildə düşmən tərəfindən xaincəsinə öldürüldü. Onun qəhrəmanlığı, igidliyi və şəhidliyi Prezidentimiz tərəfindən qiymətləndirildi. Dövlətimiz torpağını, vətənini, xalqını sevən hər bir şəxsə dəyər verdiyi kimi, Yuri Kovalyova da ölümündən sonra 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Həmin ildən də təhsil aldığı 229 nömrəli tam orta məktəb onun adını daşıyır. Məktəbin həyətində Yurinin baralyefi qoyulmuşdur. Məktəbimizdə onun keçdiyi döyüş yollarını əks etdirən silsilə tədbirlər keçirilir. Bu da şagirdlərin vətənpərvər ruhda böyüməsində böyük rol oynayır. Kovalyovun xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaq. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi