Kiçik Akademiya

"Kiçik Akademiya"nın nəzdindəki elm olimpiadasının növbəti mərhələsi keçirilib129 nömrəli məktəbdə “Kiçik Akademiya”nın nəzdindəki elm olimpiadasının növbəti mərhələsi keçirilib. İki mərhələdən ibarət olan olimpiadanın birinci mərhələsi test, ikinci mərhələsi isə təcrübi hissə olub. Bu mərhələdə məktəbimizi "Kiçik akademiya"nın üzvü 8B sinif şagirdi Nəsibə Süleymanlı təmsil edib. Qeyd edək ki, elm olimpiadası fizika, kimya və biologiya fənləri üzrə keçirilib.

Ətraflı

"Kiçik Akademiya"nın konfransa hazırlıq işləriBu gün məktəbimizdə "Kiçik Akademiya"nın may ayında keçiriləcək konfransına hazırllığı ilə bağlı təqdimat nümayişlərinə baxış keçirilib. Şagirdlər öz hazırladıqları layihələr, onların nəticələri, işlərinin məqsədləri haqqında bəhs ediblər. Python və Scratch mühitində Rəqəmsal bacarıqlar fənni üzrə 8B sinif şagirdləri Fatimə Ağayeva, Fatimə Məmmədzadə, 8Ç sinif şagirdi Sevgi Məmmədova, Steam layihəsi üzrə 7A sinif şagirdi Rəvan Səfərov hazırladıqları proqramları təqdim edərək proqramın əhəmiyyətindən, gələcək nəslin inkşafına olan xeyrindən bəhs ediblər. Layihənin elmi rəhbəri Aygün Rəhimova, təlim-tərbiyyə işləri üzrə drektor müavini Lalə  Tağıyeva, məktəbin kimya-biologiya müəllimi, "Kiçik Akademiya"nın tibb və biologiya bölməsinin rəhbəri Gülər Əmirova şagirdlərin işlərini izləyib və onlara uğurlar arzu edib, bəzi tövsiyyələr veriblər.

Ətraflı

“Kiçik Akademiya”nın hesabat tədbirində iştirakımızMəktəbimizin “Kiçik Akademiya”sının sədri və üzvləri 129 nömrəli məktəbdə keçirilən “Kiçik Akademiya”nın  hesabat tədbirində iştirak ediblər. Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın əsasnaməsi, məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirdə çıxış edən Mexanika – riyaziyyat  institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi istedadlı şagirdlərlə bağlı layihələrin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, məktəblərdə “Kiçik Akademiya”nın  fəaliyyətinin təkmilləşdirilməsi üçün gənc alimlərin şagirdlərlə, məktəblərlə əməkdaşlıq etməsi xüsusi əhəmiyyətə malikdir. “Kiçik Akademiya”nın  əsasnaməsinə əsasən görülən işlərin daha da səmərəli təşkil etmək üçün akademiya prezidentlərinə, müəllimlərə, şagirdlərə, valideynlərə tövsiyələrini veriblər. Mexanika-Riyaziyyat institutunun gənc alimləri ilə  məktəbin “Kiçik Akademiya” üzvlərinin sıx əməkdaşlığı üçün şagirdlər instituta dəvət olunublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova “Kiçik Akademiya” ilə bağlı görülən işlər haqqında məlumat verib. Bu istiqamətdə Bakı məktəblərinin əməkdaşlıq etməsini tövsiyə edib.  Sonda şagirdlərin təqdimatı dinlənilib. Onlara motivasiya məqsədi ilə tövsiyələr verilib. Tədbirin keçirilməsində məqsəd  “Kiçik Akademiya”nın fəaliyyətinin təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdləri yerli və beynəlxalq olimpiadalarda iştirak etməyə sövq etmək, onlarda təqdimetmə bacarığının formalaşdırılması, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək,  AMEA ilə məktəbin  əməkdaşlığının qurulmasıdır. Tədbirdə Mexanika – riyaziyyat  institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, elmi katib dosent Tamilla Həsənova, Riyazi –fizika tənlikləri şöbəsinin müdiri fizika riyaziyyat elmləri namizədi Əbdürrəhim Quliyev, dosent Famil Seyfullayev, Gənc alim və mütəxəssislər şurasının  sədri, mexanika üzrə fəlsəfə doktoru Pərviz Müseyibli , Gənc alim və mütəxəssislər şurasının məsul katibi elmi işçi Aytən Mövsümova, şagirdlərin elmi rəhbərləri , şagirdlər, valideynlər, müəllimlər, Nizami rayon məktəblərindən  “Kiçik Akademiya” prezidentləri və 1 istedadlı şagird iştirak etdi.

Ətraflı

“Breyn-rinq” intellektual bilik yarışmasında qalib olduqNizami rayon məktəblərinin “Kiçik Akademiya” üzvləri arasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tarix fənni üzrə “Breyn-rinq” intellektual bilik yarışması keçirilib. Yarış 129 nömrəli məktəbdə keçirilib. Məktəbimizi təmsil edən 9Ç sinif şagirdi Elmir Aslanov I yeri qazanıb və diplomla mükafatlandırılıb.

Ətraflı

“Kiçik Akademiya”nın hesabat tədbirində iştirakımızMəktəbimizin “Kiçik Akademiya”sının sədri və üzvləri 129 nömrəli məktəbdə keçirilən “Kiçik Akademiya”nın  hesabat tədbirində iştirak ediblər. Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova “Kiçik Akademiya”nın əsasnaməsi, məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirdə çıxış edən Mexanika – riyaziyyat  institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi istedadlı şagirdlərlə bağlı layihələrin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, məktəblərdə “Kiçik Akademiya”nın  fəaliyyətinin təkmilləşdirilməsi üçün gənc alimlərin şagirdlərlə, məktəblərlə əməkdaşlıq etməsi xüsusi əhəmiyyətə malikdir. “Kiçik Akademiya”nın  əsasnaməsinə əsasən görülən işlərin daha da səmərəli təşkil etmək üçün akademiya prezidentlərinə, müəllimlərə, şagirdlərə, valideynlərə tövsiyələrini veriblər. Mexanika-Riyaziyyat institutunun gənc alimləri ilə  məktəbin “Kiçik Akademiya” üzvlərinin sıx əməkdaşlığı üçün şagirdlər instituta dəvət olunublar. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova “Kiçik Akademiya” ilə bağlı görülən işlər haqqında məlumat verib. Bu istiqamətdə Bakı məktəblərinin əməkdaşlıq etməsini tövsiyə edib.  Sonda şagirdlərin təqdimatı dinlənilib. Onlara motivasiya məqsədi ilə tövsiyələr verilib. Tədbirin keçirilməsində məqsəd  “Kiçik Akademiya”nın fəaliyyətinin təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdləri yerli və beynəlxalq olimpiadalarda iştirak etməyə sövq etmək, onlarda təqdimetmə bacarığının formalaşdırılması, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək,  AMEA ilə məktəbin  əməkdaşlığının qurulmasıdır. Tədbirdə Mexanika – riyaziyyat  institutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, elmi katib dosent Tamilla Həsənova, Riyazi –fizika tənlikləri şöbəsinin müdiri fizika riyaziyyat elmləri namizədi Əbdürrəhim Quliyev, dosent Famil Seyfullayev, Gənc alim və mütəxəssislər şurasının  sədri, mexanika üzrə fəlsəfə doktoru Pərviz Müseyibli , Gənc alim və mütəxəssislər şurasının məsul katibi elmi işçi Aytən Mövsümova, şagirdlərin elmi rəhbərləri , şagirdlər, valideynlər, müəllimlər, Nizami rayon məktəblərindən  “Kiçik Akademiya” prezidentləri və 1 istedadlı şagird iştirak etdi.

Ətraflı

Kiçik Akademiyanın ilk iclası keçirilibMəktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın ilk iclası keçirilib. İclasda yeni tədris ilində KA-nın prezident və vitse-prezidenti təyin edilib, yeni üzvləri ilə tanışlıq olub. KA-nın illik fəaliyyət proqramı təsdiq edilib. Yeni təkliflərlə çıxış edən şagirdlər məktəbin fəaliyyətində fəal iştirak edəcəklərinə, yerli və beynəlxalq olimpiadalarda məktəbimizi təmsil edəcəklərinə söz veriblər.

Ətraflı

Kiçik Akademiyanın son iclası keçirildiKiçik Akademiyanın son iclası keçirildi. İclası məktəbin biologiya müəllimi Gülər Əmirova açdıqdan sonra şagirdlərin təqdimatları dinlənildi. İclasın sonunda şagirdlərə yay tapşırıqları verildi.

Ətraflı

Kiçik Akademiyanın iclası keçirildi“Kiçik Akademiya”nın Bakı şəhəri üzrə dəyirmi masa keçirildi. İclasda Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri Hüseyn Əsgərov və Sevinc Əzimova, Bakı şəhəri üzrə 12 rayonun 12 kurator məktəb nümayəndələri qabaqcıl şagirlərlə görüşdülər. Müəllim və şagirdlərin təklifləri dinlənildi.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin əməkdaşlığı“Kiçik Akademiya” üzvləri arasında əməkdaşlıq çərçivəsində 96 nömrəli məktəbin “Kiçik Akademiyası”nın üzvləri məktəbimizin “Kiçik Akademiyası”nın üzvlərini öz məktəblərinə dəvət etmişdilər. Məktəbimizin KA-nın üzvləri 96 nömrəli məktəbin 2021-2022-ci tədris ilinin I yarım ili üçün olan hesabatlarını dinləmişlər. Üzvlər öz təqdimatlarını təqdim etdilər. Sonda isə təklif və iradlar bildirildi.

Ətraflı

"Kiçik Akademiya"nın üzvləri biologiya fənni üzrə hesabatlarını təqdim etdilərMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri KA-nın sədri Gülər Əmirovanın təşkilatçılığı ilə biologiya fənni üzrə hesabatlarını təqdim etdilər. Şagirdlərin maraqlı təqdimatları həm şagirdlər, həm də müəllimlər tərəfindən dinlənildi və təhlil edildi. 9 “C” sinif şagirdləri Əli “Qarabağın flora və faunası”, Fatimə “Qarabağ atları”, Aydan “Kaktus”, Zəhra “İtburnu çiçəyi”, “Çobanyastığı”, 9 “Ç” sinif şagirdi Leyla, 8 “D” sinif şagirdləri Aytac, Aysu, Fidan və Aqil təqdimatlarını  təqdim etdilər. Sonda tədbirdə iştirak edən məktəbin direktoru Vüsalə Məmmədova, direktor müavini Lalə Tağıyeva çıxış etdilər.

Ətraflı

"Kiçik Akademiya"nın üzvlərinin hazırladıqları qəzetlər nümayiş olundu“Kiçik Akademiya”nın üzvləri KA-nın sədri Gülər Əmirovanın təşkilatçılığı ilə “İntellekt” adı altında silsiləli olaraq qəzet buraxırlar. Bu gün “Qarabağ Azərbaycandır!”, “Qarabağın flora və faunası” adlı qəzetlərin nümayişi keçirildi. Nümayiş olunan qəzetlər müəllim və şagird kollektivi tərəfindən maraqla qarşılandı.

Ətraflı

Kiçik Akademiyanın üzvləri ilə görüş keçirildi“Kiçik akademiya”nın müəllimləri və üzvlərinin görüşü keçirildi. Görüşü məktəbin direktoru Vüsalə Məmmədova açaraq, KA-nın üzvlərinə 2021-2022-ci ildə uğurlar arzu etdi və sözü KA-nın rəhbəri Gülər Əmirovaya verdi. O, bu ilki iş planını müəllim və şagirdlərə təqdim etdi və qarşıda duran vəzifələrdən danışdı. Sonda şagirdlərə təqdimat işləri verildi və onların müəllimlərlə necə işləməli olduğunu qeyd etdi. İclasın sonunda direktor müavini Tağıyeva Lalə şagird və müəllimlərə uğur arzu etdi.

Ətraflı

“Kiçik Akademiya”nın ilk iclası keçirildiMəktəbdə illərdir davam edən Kiçik akademiya yenidən fəaliyyətə başladı. Oktyabr ayı  ilk iclasında Kiçik Akademiyanın üzvləri yığışdılar. Məktəbin direktoru Vüsalə Məmmədova iclası açıq elan edib KA fəaliyyətində uğurlar dilədi. KA-nın prezidenti Gülər Əmirova çıxış edərək müəllim heyəti və şagird tərkibini elan etdi. Sonda isə 2021-2022-ci il tədris ilində KA-nın fəaliyyət planı təsdiqləndi.

Ətraflı

Kiçik Akademiyanın rayon konfransı keçirildiNizami rayon məktəbləri arasında “Kiçik Akademiya”nın üzvlərinin yekun konfransı keçirildi. Mərkəz məktəb kimi konfransın gedişatı və açılışını bizim məktəb keçirtdi. Açılışı məktəbimizin KA prezidenti Gülər Əmirova açdı və I yarımil üzrə KA-nın fəaliyyətinin hesabatını təqdim etdi. Daha sonra 32, 61, 62, 145, 210, 238, 272 nömrəli məktəblərin təqdimatları dinlənildi.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyətinin hesabatı2020-ci ilin sonuna qədər görülmüş işlərə yekun vurularkən məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın da işlərinə nəzər salındı. Xüsusi karantin dövrü ilə əlaqədar əyani iştirakın az olması Kiçik Akademiyanın fəaliyyətində də geriləməyə səbəb olmuşdur. Humanitar sahədə müxtəlif tarixi günlərlə dahi şəxslərin həyat və yaradıcıllığı ilə bağlı təqdimatlar hazırlanmışdır. Tibb sahəsində biologiya fənni üzrə dərsdənkənar məşğələlərində təcrübələr aparılmışdır. Mühəndislik sahəsində isə STEAM dərsi çərçivəsində körpü, paraşüt, katapult sxemi hazırlanmışdır.

Ətraflı

Kiçik Akademiyanın növbəti konfransı Keçirildiİki ildir məktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın 12.04.2017-ci il tarixdə növbəti konfransı keçirildi. Konfransda kimya, biologiya, fizika-riyaziyyat fənləri üzrə elmi işlərin son illik hesabatı keçirildi. 11a sinif şagirdi Ağayev Zaur, 9c sinif şagirdi Mustafayev Vəli "Bitki yağlarında biodizelin alınması" mövzusunda elmi iş təqdim etdilər. Elmi rəhbər kimya müəllimi Molanova Dürdanənin rəhbərliyi ilə Aşqarlar İnstitutunun laboratyoriyasında apardıqları təqdimatları və nəticələri slaydlarla nümayiş etdirdilər. Riyaziyyat müəllimi elmi-doktorant Nəsirova Yeganənin rəhbərliyi ilə "Alternativ enerji" mövzusunda 9c sinif şagirdləri Babayeva Gunel Və Əlizadə Sevda tədqiqat işlərini təqdim etdilər. Aktual mövzu olan alternativ enerjinin tapılması üsullarının tədqiqi şagirdlər tərəfindən geniş şəkildə aparılmışdır. Biologiya fənni üzrə tədqiqat aparan 8ç sinif şagirdi Hacıyeva Lamiyə yeyinti məhsullarının tullantılarından belə faydalı iştifadə üsullarını əyani vasitələrlə nümayiş etdirdi. Soğan, alma, qoz, qarpız, xiyar, kartof qabıqlarının və badımcan saplağının faydalarından danışdı. "Təbii dibçək" mövzusunda çıxış edən 8ç sinif şagirdi Nehmətova Aytac portağal qabığından təbii dibçək kimi istifadə edərək güllərin daha yaxşı gübrələndiyi, bəsləndiyini nümayiş etdirdi. 8ç sinif şagirdi Ağakişiyev Məhəmməd "Banan qabığından gübrənin alınması" tədqiqat işində banan qabığındakı vitaminlərin gübrə kimi bitkilərin bəslənməsində faydasından danışdı. Bu üç elmi işin rəhbəri məktəbin biologiya müəllimi Əmirova Gülərdir. 9a sinif şagirdi Hümbətova Fəxriyyə, Əsgərova Aysel və Əhmədova Aksana bu günün aktual mövzusu olan düzgün qidalanmadan danışdılar. Feys-pud yeməklərinin ziyanlarını izah edən şagirdlər onların hansı təbii məhsullarla əvəz edilməsinin mümkünlüyünü nümayiş etdirdilər. Bu işdə isə onlara biologiya müəllimi Şilova Qalina kömək edirdi. Ekspertlər öz fikirlərini bildirdilər. Sonda iştirakçılara fəxri diplomlar verildi. Məktəbin direktoru Bağırova Fəridə xanım Elmi Akademiyanın Fəxri üzvü seçildi.

Ətraflı

"Kiçik Akademiya"nın üzvlərinin Xəzər Universitetinin texnika mühəndisliyi fakultəsinin tələbələri ilə görüşüMəktəbimizdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın iş fəaliyyətini gücləndirmək üçün Xəzər Universitetinin mexanika fakultəsinin tələbələri F.Qarayeva, A.Beydullayev, A.Ağayeva, T.Məmməd, G.Əliyeva akademiyanın texniki elmlər üzrə bölməsinin üzvləri ilə görüşdülər. Görüşdə müasir dövrdə suni intelektlərin, 3D printerlərinin yaranması, mexanika mühəndisliyi haqqında təqdimatlar göstərildi. Tədbirdə KA-nın üzvləri fəallıq göstərdilər. KA-nın üzvləri tədqiqat apardıqları sahə ilə bağlı sualları tələbələrə verdilər. Tədbirin sonunda KA-nın rəhbəri Gülər Əmirova əməkdaşlıq üçün Xəzər Universitetinin tələblərinə təşəkkür etdi və bu əməkdaşlığın daima olmasını arzuladı.

Ətraflı

"Kiçik Akademiya"nın fəaliyyəti2016-cı ildən etibarən Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil nazirinin 21.01.2008-ci il tarixli “Kiçik Akademiya”ların təşkili barədə 63 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbimizdə “Kiçik Akademiya” fəaliyyətə başladı. Kiçik Akademiyanın təşkilində əsas məqsəd istedadlı uşaqlarla işlər aparmaq, onlarda tədqiqatçılıq, qabiliyyətinin daha da inkişafına nail olmaqdır. Artıq 4 ildir ki, Kiçik Akademiya fəaliyyəti dövründə kifayət qədər tədqiqat işləri toplanmışdır. Fəallıq göstərən üzvlər yüksək ballarla ali məktəblərə qəbul olmuş, olimpiada, intellektual oyunlarda iştirak etmişlər. “Sabahın alimləri” Respublika müsabiqəsində 2016 və 2017-ci ildə iştirak etmişik. İlk tədqiqat işimiz tibb elminə aid “Diş kariyesinin təbii üsullarla müalicəsi”, II tədqiqat işimiz isə “Məktəblilər arasında internet asılılığı” mövzusu ilə müsabiqədə iştirak etmişik. Kiçik Akademiyada 4 bölmə: humanitar, tibb, texniki və təbiət bölmələri üzrə tədqiqat işləri aparılaraq tədris ilinin sonunda konfrans keçirilir. Konfransda hesabat verən şagirdlər elmi işlərini təqdim edir, görkəmli alimlərlə görüşür və aşağı sinif şagirdlərində də tədqiqatçılığa maraq oyadır.

Ətraflı
HAQQIMIZDA

Məktəbimiz 1952-1953-cü illərdən fəaliyyətə başlamışdır. 1992-c...

BİZİM FƏXRLƏRİMİZ

Süsənbər Namazova Məsim

Emin Yusubov Yaşar

HAQQIMIZDA

Məktəbimiz 1952-1953-cü illərdən fəaliyyətə başlamışdır. 1992-c...

BİZİM FƏXRLƏRİMİZ

Süsənbər Namazova Məsim

Emin Yusubov Yaşar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi