Profilaktik seminar keçirilib

Məktəbin psixoloqları şagirdlərimiz arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək məqsədilə profilaktik seminar təşkil ediblər. Seminarda Autizm nədir? Hansı əlamətləri var? kimi suallar ətrafında şagirdlərə məlumatlar verilib. Qeyd edilib ki, XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur. Autizm-üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir pozğunluqdur. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır.Uşaq autizmi uşağın sferalarının intellektual, emosional hiss, hərəkət, diqqət, təfəkkür, yaddaş və nitq inkişafının pozulmasıdır. Erkən uşaqlıq autizmi sindromu yalnız uşaqlığın problemi deyil, həm də yetkinlik dövrün problemidir, çünki autizm müalicə olunmur və illərlə heç yerə getmir. Ancaq bu xəstəliyin erkən diaqnozu və korreksiyası autizmli uşaqların ətraf mühitə və cəmiyyətə uyğunlaşmasına kömək edir.

BMT tərəfindən Ümumdünya Autizm Günü kimi qəbul edildikdən sonra dünyaca məşhur “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirir. Həmin gün yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq 2 Aprel tarixini Ümumdünya Autizm Günü olduğunu insanlara çatdırır.

Sonda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi