HAQQIMIZDA

Məktəbimiz 1952-1953-cü illərdən fəaliyyətə başlamışdır. 1992-ci il 7 noyabrdan Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məzunumuz Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyır. Məktəbin binası 3 mərtəbədən ibarətdir. Təlim 2 dildə - Azərbaycan və rus dilində və 2 növbədə keçirilir. 2010-2011-ci tədris ilində məktəb "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuş və 2011-ci ilin 28 iyununda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə "İlin məktəbi" adına layiq görülmüşdür. Məktəbimizdə 98 müəllim var. 2012-2013-cü tədris ilindən etibarən şahmat üzrə, 2015-2016-cı tədris ilindən etibarən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə pilot məktəb kimi fəaliyyətə başlamışdır. 2015-2016-cı tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyun 2015-ci il tarixli, 697 nömrəli əmrinə əsasən məktəb "Sağlam təhsil-sağlam millət"; "Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı" pilot layihələri üzrə işləyir. 2016-2017-ci tədris ilində məktəbimiz ümummilli lider H.Əliyev fondunun köməkliyi və Prezidentin sərəncamı ilə tam təmir olunmuşdur. Kimya, biologiya, fizika, informatika, texnologiya kabinetləri və geniş idman zalı şagirdlərin ixtiyarına verilmişdir. Belə təmirli və hər bir şəraiti olan məktəbdə işləyən müəllimlər və təhsil alan şagirdlər daha səylə çalışacaq və yeni tədris ilində yalnız müvəffəqiyyətlər qazanacaqlar.

2019-cu ildən Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən yaradılan “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) layihəsinə qoşulan məktəbimiz 2022-ci ildə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı günlərində Azərbaycan guşəsinin rəsmi açılışında ölkəmizi təmsil edib. Bu gün də OCEP layihəsi çərçivəsində tədbirlər, görüşlər keçirilir.

2022-2023-cü tədris ilində “Şahin” hərbi idman oyunlarında məktəbimizin komandası Nizami rayonu və Bakı şəhəri üzrə I yer, Respublika üzrə III yeri qazanıb. 2023-2024-cü tədris ilində də rayon üzrə I yer qazanıb.

Məktəbimiz 2022-2023-cü tədris ilindən etibarən UEFA və AFFA-nın birgə əməkdaşlığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlıqızlar arasında keçirilən “Playmakers” layihəsində iştirak edir.

2022-2023-cü tədris ilində Respublika Fənn Olimpiadasında şagirdimiz Selcan Sadıqlı Gümüş medal, məktəbdə isə Qızıl medal qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi