Narkomaniya ilə bağlı dəyirmi masa keçirilib

Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Sağlam gələcək yetişdirmək üçün məktəbdə mütəmadi olaraq tədbirlər keçirilir. Bu dəfə isə məktəbin kitabxanasında “Zərərli vərdişlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın keçirilməsində əsas məqsəd şagirdlərə zərərli vərdişlərin fəsadları haqqında məlumat vermək, onları sağlam həyat tərzinə təşviq etmək olub.
Dəyirmi masada zərərli vərdişlərin psixoloji səbəbləri, yeniyetmələrin bu vərdişlərə meyillənmə səbəbləri, ailənin, məktəbin bu məsələyə yanaşmasından, sosial mühitin təsirlərindən, hüquqi və tibbi tərəfləri haqqında danışılıb. Qeyd edilib ki, cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya insan həyatında fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən taun xəstəliyi kimi bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
İnteraktiv formada təşkil olunmuş dəyirmi masada şagirdlər də öz fikirlərini səsləndiriblər. onları maraqlandıran suallar cavablandırılıb.
Belə tədbirlərin keçirilməsi məktəblilərdə sağlam düşüncə formalaşdırmaq və onları zərərli vərdişlərdən qorumaq baxımından olduqca əhəmiyyətlidir.