"Erkən nikahın fəsadları" mövzusunda maarifləndirici görüş keçirilib

VIII sinif şagirdləri ilə "Erkən nikahın fəsadları" mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd şagirdlərə erkən nikahın psixoloji, sosial və hüquqi nəticələri barədə ətraflı məlumat vermək, onların bu məsələyə dair düzgün yanaşma formalaşdırmalarına dəstək olmaq idi.

Psixoloqlar Şərifə Hüseynova və Səbiə Xaliqova çıxış edərək erkən nikahın yeniyetmələrin psixoloji inkişafına mənfi təsiri, təhsildən yayınma riski, sosial uyğunlaşmada yaranan çətinliklər və ailədaxili problemlər barədə məlumat veriblər. Onlar yeniyetməlik dövrünün xüsusiyyətləri və bu dövrdə emosional stabilliyin formalaşması baxımından erkən nikahın təhlükəli nəticələr doğura biləcəyini vurğulayıblar.

Fənn müəllimi Nəriman Əliyev isə çıxışında erkən nikahın hüquqi tərəflərini izah edərək, Azərbaycan Respublikasının qanunvericiliyində nikah yaşı, valideyn məsuliyyəti və yetkinlik anlayışlarına dair şagirdləri məlumatlandırdı. O, həmçinin erkən nikahın cəmiyyətin inkişafına təsiri və qarşısının alınması yolları barədə fikirlərini şagirdlərlə bölüşüb.

Tədbir interaktiv formada keçirilib, şagirdlərlə açıq müzakirələr aparılıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb və fikirləri dinlənilib. Sonda erkən nikahın qarşısının alınmasında məktəbin, ailənin və cəmiyyətin birgə fəaliyyətinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsi yeniyetmələrin maarifləndirilməsi, onların sağlam və şüurlu qərarlar qəbul etməsinə dəstək olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi