Nailiyyətlərimiz

Qitələrarası Beynəlxalq “Mural” ( IIME) layihəsi (2015-2016-cı il)2015-2016 cı tədris ilində 220 saylı məktəb-liseyin ingilis dili müəllimi Nahidə Hüseynova 7-ci sinif şagirdləri ilə İEARN (Beynəlxalq Təhsil və Tədqiqatlar Şurasının ) və Yaponiyanın YUNESKO üzrə Milli Komissiyası tərəfindən dəstəklənən Qitələrarası Beynəlxalq “Mural” ( IIME) layihəsinə qoşulmuşlar. Bu layihədə məktəbin əməkdaşı Yaponiyanın Fukuoka şəhərinin “Chikushi Jogakuen Junior & High School” məktəbidir. Proyektin məqsədi: beynəlxalq əməkdaşlıq, interaktiv və yaradıcılıq mübadiləsi vasitəsilə müxtəlif mədəniyyətlərin qarşılıqlı öyrənilməsi , qlobal məsələlər haqqında məlumatlılığı yüksəltmək və onlar haqqında düşünmək, ingilis dili və İKT kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi idi. Proyekt Yaponiyanın UNESCO ofisi tərəfindən dəstəklənir. Layihə çərçivəsində şagirdlər online forumda bir-birilərini təqdim edərək ölkələri, məktəbləri, adət ənənələri haqqında təqdimatlar hazırlayıb proyektin veb portalında yerləşdirmişlər. Eyni zamanda şagirdlər bir-birlərinin mədəniyyətini , tarixini, coğrafiyasını tədqiq edərək məlumat toplamış və prezentasiyalar hazırlamışlar. İEARN (Beynəlxalq Təhsil və Tədqiqatlar Şurasının ) və Yaponiyanın YUNESKO üzrə Milli Komissiyası tərəfindən dəstəklənən Qitələrarası Beynəlxal “Mural” ( IIME) Layihə çərcivəsində Yaponiya məktəbliləri xüsusi material üzərində mədəniyyət və adət ənələrini təcəssüm etdirən şəkil çəkərək Azərbaycana göndərmişlər və 220 saylı məktəbin şagirdləri hal-hazırda şəkilin Azərbaycana aid olan hissəsi üzərində işləyirlər.

İlin ən yaxşı ümumtəhsil məktəbiMəktəbimiz iki dəfə - 2007/2008 və 2012/2013-cü tədris illərində "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən mükafata layiq görülmüşdür.

Macarıstan Respublikasının Debresen şəhərinin Szoboszloi Uti Primari məktəbinin təşkil etdiyi Beynəlxalq İngilis dilində Kitab oxuma müsabiqəsi (İnternational English Reading Competition)(2011-2012-ci il)2011-2012-ci tədris ilində məktəbin ingilis dili müəlliməsi Nahidə Hüseynova 9-cu sinif şagirdləri Mabud Abdürrəhmanlı, Fuad Hüseynli, Ayxan Lütvəliyevlə Macarıstan Respublikasının Debresen şəhərinin Szoboszlói Úti Általános Iskola məktəbi (Szoboszloi Road Primary School) tərəfindən təşkil olunan Beynəlxalq İngilis dilində Kitab Oxuma (INTERNATIONAL ENGLISH READING COMPETITION) EngRead adlı müsabiqədə iştirak etmişlər. Bu tədris ilində şagirlər Erik Kastnerin “Emil və Detektivlər” və Uilyam Şekspirin “Romeo və Culietta” əsərini oxumuş, sualları cavablandırmış və prezentasiyalar hazırlayaraq Macarıstana göndərmişlər və müsabiqənin nəticələrinə əsasən şagirdlər çox yüksək nəticələr göstərərək final mərhələsinə keçərək sertifikatlarla mükafatlandırılmışlar.

HAQQIMIZDA

    220 nömrəli məktəb – lisey 1967-cı ildə inşa edilmişdir. Hal-hazırda mə...

BİZİM FƏXRLƏRİMİZ

İbrahim Nəsibov Həsənəli

Asim Əsgərov Natiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi