2015/2016 cı tədris ilində “Culture Journey” – “Mədəniyyətlərə Səyahət” layihəsi2015-2016 cı tədris ilində eTwinning layihəsi çərçivəsində 220 saylı məktəbin ingilis dili müəllimi Nahidə Hüseynova 6-cı və 7-ci sinif şagirdləri ilə birgə “Culture Journey” – “Mədəniyyətlərə Səyahət” layihəsində iştirak etmişlər. Bu layihədə Fransa, Polşa, Türkiyə, Albaniya, Azərbaycan, Portuqaliya, Rumıniya, Litva, İtaliya kimi ölkələr iştirak edirdilər. Layihədə məqsəd müxtəlif ölkələrdən olan şagirdlərlə əməkdaşlıq edərək öz mədəniyyətlərini tanıtmaq və eyni zamanda digər mədəniyyətlər haqqında məlumat əldə etmək idi. İngilis dili müəllimimiz Nahidə Hüseynova və şagirdləri “Culture Journey” layihəsində fəal iştirak edərək “eTwinning Keyfiyyət Nişanı” ilə təltif olunmuşlar .
Basketbol idman növündə I yerə layiq görüldük (09.12.2015)Məktəbimiz "Olimpiya Hərəkatı" proqramı çərçivəsində Nizami rayon üzrə birincilikdə "3x3 basketbol" idman növündə I yeri tutduğuna görə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən diplomla təltif olunmuşdur.
eTwinning layihəsi (2015-2016-cı il)eTwinning layihəsi çərçivəsində ingilis dili müəllimimiz Nahidə Hüseynova 6, 7, 8-ci sinif şagirdləri ilə birgə “Job Hunters” – Sənət Ovçuları, “Göy Qurşağı Rənglərində Mədəniyyət Harmoniyası”, “Culture Journey” – Mədəniyyətlərə Səyahət layihələrinə qoşulmuşlar. “Job Hunters” – Sənət Ovçuları layihəsində Böyük Britaniya, Albaniya, Türkiyə, Ukrayna, Tunis , Gürcüstan kimi ölkələr iştirak edirlər. Layihənin məqsədi şagirdlərə hər bir peşənin nə qədər əhəmiyyətli olduğunu , müasir dövrdə tələbatda olan peşələr haqda müzakirələr aparmaq və qədim zamanlarda bu ölkələrdə olan qədim peşə və sənətlər haqda axtarışlar aparmaqdır. Layihənin iştirakçıları TwinSpace-də bir-biri ilə informasiya və fikir mübadiləsi apararaq müxtəlif təqdimatlar hazırlayırlar. “Göy Qurşağı Rənglərində Mədəniyyət Harmoniyası”, “Culture Journey” - layihəsində Fransa, Polşa, Türkiyə, Albaniya, Azərbaycan, Portuqaliya, Rumıniya, Litva, İtaliya kimi ölkələr iştirak edirlər. Layihədə məqsəd müxtəlif ölkələrdən olan şadirdlərlə əməkdaşlıq edərək öz mədəniyyətlərini tanıtmaq və eyni zamanda digər mədəniyyətlər haqqında məlumat əldə etməkdir. Şagirdlər qarşılıqlı onlayn forumlarda fikir mübadiləsi edir və təqdimatlar hazırlayırlar. Layihələr uzunmüddətli layihələrdir və may ayınadək davam edəcəkdir.