HAQQIMIZDA

    220 nömrəli məktəb – lisey 1967-cı ildə inşa edilmişdir. Hal-hazırda məktəbdə 167 pedaqoji kadr fəaliyyət göstərir və 2402 şagird təhsil  alır. 1998-ci ildə məktəbdə riyaziyyat-informatika və humanitar fənlər üzrə lisey sinifləri yaradılmışdır. 2000-ci ildən başlayaraq məktəb UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinə daxil olmuşdur. Bu istiqamətdə şagird və müəllimlərimiz beynəlxalq layihə və yarışlarda bir çox uğurlar əldə etmişlər. 2004-cü ildə UNESCO-nun Mondioloqo layihəsində iştirak edən məktəb-lisey Nigeriyadan olan tərəfdaşları ilə birlikdə Barselonada keçirilən beynəlxalq simpoziumda 125 ölkənin 1466 komandası (24 min şagird) içərisində I yerə layiq görülmüşdür. 2004-cü ildə məktəb-lisey Mondioloqo layihəsi üzrə Azərbaycanda səfir olmuşdur. Məktəb 2004, 2009-cu illərdə şagird mübadilə proqramında iştirak edərək ABŞ məktəbləri ilə təcrübə mübadiləsində olmuşdur.

2009-2010-cu tədris ilində məktəbin şagirdləri DOTKOM (ABŞ) layihəsi çərçivəsində şagird jurnalistikası haqqında amerikalı professordan distant təhsilə aid biliklər almışlar. Məktəb 2009-cu ildən “Elektron məktəb” layihəsinə qoşulmuşdur. 2014-cü ildə “Fərdiləşdirilmiş sinif” layihəsinə daxil edilərək, 30 nəfər 3-cü sinif şagirdinin planşetlərlə təmin olunmasına və dərslərin şəbəkə daxilində onlayn tədrisinə başlanılmışdır. 2008, 2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüşdür.

2012-2013-cü illərdə məktəbin “Şahin” komandası həmin ad altında keçirilən hərbi-idman oyunlarının Respublika turunda I yerə, 2014-cü ildə isə II yerə layiq görülmüşdür. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Məktəblilərarası I fənn müsabiqəsi”ndə məktəbin şagirdləri Bakı və Sumqayıt şəhərlərindən seçilmiş 30 məktəb içərisində riyaziyyat fənni üzrə komanda hesabında II yerə, Bakı şəhəri üzrə isə I yerə layiq görülmüşdür. 2017-2018-ci ildə Respublika Fənn Olimpiadasında 3 şagird müxtəlif yerlərə layiq gorülüb.

2018-2019-ci ildə isə Respublika Fənn Olimpiadasında ikisi I yer olmaqla 6 şagird, Beynəlxalq Olimpiadada isə 1 şagird müxtəlif yerlərə layiq gorülüb. Həmin ildə məktəbin şagirdi Yusifli Murad qızıl medala layiq görülmüşdür. 2018-2019-cu tədris ilində 220 nömrəli  məktəb-liseyin “MARSAZ” komandası Danimarkanın “LEGO Education” və ABŞ-ın “First” şirkətinin ortaq layihəsi kimi təşkil olunan “FLL” turnirində layihə nominasiyası üzrə I yerə layiq görülüb. Turnir robot və mühəndislik üzrə keçirilib. Həmin tədris ilində məktəb “Olimpiya mədəniyyəti və Təhsil proqramı” (OCEP 2019) layihə çərçivəsində Andorra ölkəsini təmsil edib. Məktəb layihə çərçivəsində “Ayın məktəbi” seçildi, təşkil olunan “Rəsmin ulduzları” müsabiqəsində şagirdlər I və II yerlərə layiq görüldülər. Məktəb “OCEP”-ə 50 gün” estafetində qızıl medal qazandı və bu layihə dövründə “Ən yaxşı komanda işi” diplomuna layiq görüldü. Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında (JBMO2019) məktəbin şagirdi Yusif Qasımov lisey gümüş medala layiq görülüb.

2019-2020-ci ildə Respublika Fənn Olimpiadasında biri I yer olmaqla 6 şagird, Beynəlxalq Olimpiadada isə 1 şagird müxtəlif yerlərə layiq gorülüb. 220 nömrəli məktəb-lisey Avropa şurasının eTwinning Plus layihəsinin fəal üzvüdür və 2018-2019, 2019-2020-ci tədris illərində layihənin Brüsseldəki baş qərargahı tərəfindən Avropa məktəbi adına layiq görülmüşdür. Məktəbin müəllimi Ofeliya Qafarova bu layihənin Azərbaycandakı səfiridir.

2019-2020ci tədris ilində qəbul imtahanlarında 11 nəfər 600-dən çox bal toplamışdır.

2020-2021-ci tədris ilində qəbul imtahanlarının 1-ci mərhələsində 58 nəfər 11-ci sinif şagirdi 200-300 bal arası nəticə göstərmişdir. 7 nəfər Respublika fənn olimpiadasının, 2 nəfər Fənn müsabiqəsinin qalibi olmuşdur. Məktəbin fizika müəllimləri Günel Bəşirova, Cəmilə İbrahimova “ Onlayn dərs ” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi