220 NÖMRƏLİ MƏKTƏB-LİSEYİN NÖVBƏTİ UĞURUTəhsil müəssisələrində karantin müddətində məktəblilərin asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli Olimpiya Komitəsi ilə birgə OCEP layihəsini sosial şəbəkə platforması üzərindən davam etdirərək proqrama cəlb olunan məktəblər arasında onlayn müsabiqə keçirmişdir. Müsabiqədə 2 şagirdimiz - 8-10 yaş kateqoriyası (qızlar) üzrə III sinif şagirdi Baloğlanova Ayan, 11-13 yaş kateqoriyası (oğlanlar) üzrə VIII sinif şagirdi Səlimov Riyad 2-ci yerə layiq görülmüşlər.
Fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasıAzərbaycan Respublikası Təhsil Nazirliyi, “British Council Azerbaijan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası "TOPs - Fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılmalması layihəsi" çərçivəsində Beynəlxalq təlimçi Viv Holt "Usta təlimçilər hazırlığı" üzrə 3 günlük təlim vermişdir. Təlimdə Bakı, Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının Ümumtəhsil məktəblərinin və ADBTİA- nın 25 müəllim iştirak etmişdir.
220 nömrəli məktəb-liseyin şagirdi Avropa çempionu olduBakı şəhəri 220 nömrəli məktəb-liseyin 8 R sinif şagirdi Rəsul Cəfərli Polşa Respublikasında karatenin kyokuşin növü üzrə 12-13 yaşlı oğlanlar arasında keçirilmiş XXXI Avropa çempionatında I yer tutaraq qızıl medal qazanmışdır. Şagirdimizi bu münasibətlə təbrik edir, ona bu zamanadək olduğu kimi həm yüksək təlim nəticələri, həm də idmanda yeni uğurlar arzu edirik!