Layihələrdə texnotəhsil modeli13-15 dekabr tarixlərində Gəncədə “#eTwinning Plus” layihəsi çərçivəsində “Layihələrdə Texnotəhsil Modeli” mövzusunda keçirilən üçgünlük regional konfrans başa çatıb. Məktəbin ingilis dili müəllimi Ofeliya Qafarova etwinning layihə səfiri kimi konfransda spiker və azərbaycan dili müəllimi Xanım Qasımova iştirak etmişdir. “Layihələrdə Texnotəhsil Modeli” mövzusunda təşkil olunan konfransda Azərbaycanın 15 bölgəsindən 55 müəllim iştirak edib. Konfransın nəticəsi olaraq konfrans iştirakçıları 29 ortaq dərs modeli yaradıblar.
FİRST LEGO LEAGUEFIRST LEGO LEAGUE Azərbaycan turnirində məktəbin " Robotics" komandası qalib gəlmişdir. Yüksək səviyyədə təşkil olunmuş mükafatlandırılma mərasimində cənab Nazir Emin Əmrullayevin mükafatı təqdim etməsi şagirdlərə eləcə də məktəbin kollektivinə böyük qürur və sevinc hissi yaşatdı. Təşəkkürlər cənab Nazir!
" Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"220 nömrəli məktəb-liseyin müəllimləri Babayeva Xuraman , İbrahimova Cəmilə, Muradova Südabə tədris ili müddətində uğurlarına və səmərəli fəailiyyətinə görə Təhsil Nazirliyinin " Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi " Fəxri Fərmanı ilə, Abdurəhmanova Güləbətin " Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi " döş nişanı ilə təltif olunublar.