Nailiyyətlərimiz

Microsoft İnnovative Education eksperti seçilən müəllimlər220 nömrəli məktəb liseyin direktoru Lətifə Əzimova və ingilis dili müəllimi Ofeliya Qafarova Azərbaycan müəllimləri üçün Microsoft Innovative Education proqramı üzrə ekspert seçilib. Bundan əlavə olaraq məktəbimiz Microsoft Showcase School proqramında da iştirak edir. Məqsədimiz Azərbaycan və Beynəlxalq arenada seçilən təhsil ocaqlarından biri olmaqdır. Qeyd edək ki, Microsoft Korporasiyası uzun illər boyunca bütün dünyada, o cümlədən Azərbaycanda illik tədris və məktəb proqramları təşkil edir. Bu proqramlar, qabaqcıl təlim və tədris üsullarını qəbul edərək, məktəblərinin tədris sistemini təkmilləşdirmək və tədris nəticələrini yüksəltmək məqsədilə öz məktəblərində və siniflərində yeni tədris üsulları tətbiq edən, təhsil sahəsində fəaliyyət göstərən dünya liderlərinin və maarifçilərinin dəyərləndirilməsinə yönləndirilib. #MIE #MIEexpert20212022

Prezident təqaüdçüsü Nəsibova YasəmənAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə məktəbin məzunu Nəsibova Yasəmən Prezident Təqaüdünə layiq görülmüşdür. Yasəməni məktəb kollektivi adından təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq!

Yüksək təlim nailiyyətlərinə görə təltif olunan müəllimlərBakı şəhər Təhsil İdarəsi tərəfindən məktəbin qabaqcıl müəllimləri- Abdurrəhmanova Güləbətin , Muradova Südabə, İsmayılova Vüsalə, Bəşirova Günel 2020 -2021-ci tədris ilində yüksək təlim nəailiyyətlərinə görə Fəxri fərmanla təltif olunmuşlar. Müəllimləri kollektiv adından ürəkdən təbrik edir, onlara daha böyük uğurlara nail olmağı arzu edirik.

HAQQIMIZDA

    220 nömrəli məktəb – lisey 1967-cı ildə inşa edilmişdir. Hal-hazırda mə...

BİZİM FƏXRLƏRİMİZ

Mehri Cəfərli Anar

Ramin Qasımlı Aqşin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi