Nailiyyətlərimiz

Macarıstan Respublikasının Debresen şəhərinin Szoboszloi Uti Primari məktəbinin təşkil etdiyi Beynəlxalq İngilis dilində Kitab oxuma müsabiqəsi (İnternational English Reading Competition)(2010-2011-ci il)2010-2011-ci tədris ilində məktəbin ingilis dili müəlliməsi Nahidə Hüseynova 8-9-cu sinif şagirdləriylə Macarıstan Respublikasının Debresen şəhərinin Szoboszlói Úti Általános Iskola məktəbi (Szoboszloi Road Primary School) tərəfindən təşkil olunan Beynəlxalq İngilis dilində Kitab Oxuma (INTERNATIONAL ENGLISH READING COMPETITION) EngRead adlı müsabiqədə iştirak etmişlər. Layihənin məqsədi şagirdləri ingilis dilində bədii əsər oxumağa cəlb etməklə yanaşı onların İKT-dən istifadə bacarıqlarını inkişaf etdirmək idi. 1-ci mərhələdə şagirdlər Təşkilat komitəsi tərəfindən təqdim edilən bədii əsəri oxuyur. 2-ci mərhələdə göndərilmiş suallara cavab verir və lazımı bal yığanlar tərəfindən 3-cü mərhələdə oxuduqları əsər haqqında prezentasiya hazırlanıb Macarıstana göndərilir. Bu layihədə 8-ci sinif şagirdləri Aytac Şəfiyeva, Zaur Qasımov iştirak edirdilər. Şagirdlər 1-ci mərhələdə Çarlz Dikkensin “David Kopperfild” əsərini oxudular və sonra Macarıstandan göndərilən suallara cavab verdilər və Macarıstana göndərdik. Şagirdlər 2-ci mərhələdə ən yüksək nəticələr göstərdilər və 3-cü mərhələyə vəsiqə aldılar. 3-cü mərhələdə şagirdlərlə oxuduqları əsər haqqında prezentasiya hazırlayaraq Macarıstana, Təşkilat komitəsinə göndərdilər. Şagirdlərin hazırladığı prezentasiya yüksək qiymətləndirilmış və şagirdlər və müəlliməmiz Nahidə H. sertifikatlarla təltif edilmişlər.

Beynəlxalq Təhsil və Resurs Şəbəkəsinin təşkil etdiyi Beynəlxalq "Mural" Layihəsi (2011-ci il)2011-ci ildə ingilis dili müəlliməmiz Nahidə Hüseynova 8-ci sinif şagirdləriylə İEARN (Beynəlxalq Təhsil və Tədqiqatlar Şurası ) Qitələrarası Beynəlxalq “Mural” proyektində (IIME) iştirak ediblər. Ortağımız Japoniyanın Tokio, Tama şəhərinin “Higashi-Atago Junior High School” məktəbinin 8-ci sinif şagirdləri idi. Şagirdlər bu layihə çərçivəsində həm öz adət-ənənələrini, həm də yapon xalqının özünəməxsus adətlərini öyrənərək İİME tərəfindən yaradılmış forumda özlərini təqdim etmiş və bir-birilərini maraqlandıran suallara cavab vermişlər. Şagirdlər həm Azərbaycan, həm də yapon milli yeməkləri, geyimləri, öz doğma şəhərləri, məktəbləri haqda təqdimatlar hazırlayaraq hər iki ölkə haqqında məlumat toplamış və sonra yapon məktəbliləri xüsusi material üzərində (mural) şəklin yarısını çəkərək 220 saylı məktəbin şagirdlərinə göndərmiş və biz də bu şəkli tamamlayaraq Yaponiyaya göndərmişik. Layihənin fasilitatoru tərəfindən aldığımız məktuba əsasən bizim Yaponiya ilə işlədiyimiz mural İndoneziyada keçirilən sərgidə nümayiş olunacaq 30 muraldan biri seçilmişdir.

Beynəlxalq Təhsil və Resurs Şəbəkəsinin təşkil etdiyi Beynəlxalq "Mural" Layihəsi (2010-cu il)2010-cu ildə məktəbin ingilis dili müəlliməsi 8-ci sinif şagirdlərindən ibarət 15 nəfərlik komanda ilə İEARN-nin (Beynəlxalq Təhsil və Tədqiqatlar Şurası) və Yaponiyanın YUNESKO üzrə Milli Komissiyası tərəfindən dəstəklənən Qitələrarası Beynəlxalq “Mural” proyektində (IIME) iştirak ediblər. Ortağımız Yaponiyanın Osaka şəhərinin “Tomorogi High School” məktəbinin şagirdləri idi. Proyektin məqsədi: beynəlxalq əməkdaşlıq, interaktiv və yaradıcılıq mübadiləsi vasitəsilə müxtəlif mədəniyyətlərin qarşılıqlı öyrənilməsi, qlobal məsələlər haqqında məlumatlılığı yüksəltmək və onlar haqqında düşünmək, ingilis dili və İKT kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi idi. Proyekt Yaponiyanın UNESCO ofisi tərəfindən dəstəklənir. Bu layihə çərçivəsində 220 saylı məktəbin şagirdləri Yaponiyalı şagirdlərlə online forumda özlərini təqdim edərək ölkələri, məktəbləri, adət-ənənələri haqda təqdimatlar hazırlamış və bir-birinə təqdim etmişlər. Eyni zamanda şagirdlər bir-birilərinin mədəniyyətini, tarixini, coğrafiyasını tədqiq edərək məlumat toplamış və təqdimat hazırlamışlar. Veb konfranslar vasitəsilə şagirdlər hər iki ölkənin təhsil sistemi və digər onları maraqlandıran sualları müzakirə etmişlər. Yaponiya məktəbliləri Azərbaycan haqqında öyrəndiklərini, Azərbaycan məktəbliləri isə Yaponiya haqqında bilgilərini Yaponiyadan gəlmiş material üzərində çəkərək Yaponiyaya göndərmişlər və burada birgə yaradılmış şəkillər sərgidə nümayiş etdirilmişdir.

HAQQIMIZDA

    220 nömrəli məktəb – lisey 1967-cı ildə inşa edilmişdir. Hal-hazırda mə...

BİZİM FƏXRLƏRİMİZ

Ümidə Hacıyeva Rahim

Ramin Qasımlı Aqşin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi