Nailiyyətlərimiz

Türkiyənin Bursa şəhərində keçirilən "Təbii fəlakətlər üzrə gənclərin Beynəlxalq zirvə toplantısı" layihəsi2010-cu il 23-29 Avqustda məktəbimizin ingilis dili müəlliməsi Nahidə Hüseynova Əlövsət qızı 5 nəfər şagirdlə Türkiyənin Bursa şəhərində keçirilən Təbii Fəlakətlər üzrə Gənclərin Zirvə Toplantısında (Natural Disaster Youth Summit) iştirak etmişlər. Bu toplantı İEARN (Beynəlxalq Təhsil və Resurs Şəbəkəsi) tərəfindən dəstəklənir. Müəlliməmiz Nahidə Hüseynova bu zirvə toplantısına təşkilat komitəsi tərəfindən dəvət almışdı. Təbii Fəlakətlər üzrə Gənclərin Zirvə Toplantısı Layihəsi bütün dünya uşaqları üçün insanların həyatlarının qorunmasının əhəmiyyətinin necə vacib olduğunu təlqin edən və onların təbii fəlakətlər zamanı tədbirlər görülməsində və məlumatlandırılmasında, kommunikasiya texnologiyasından birgə istifadəsində açılan bir qapıdır. Zirvə toplantısına bir neçə konfrans daxil idi. Təbii Fəlakətlər üzrə Gənclərin 2010-cu il Zirvə Toplantısı Komitəsi Layihəsi ətraf mühitdə aktiv fəaliyyətdə olan gənclərin təbii fəlakətlərə qarşı irihəcmli konfranslar keçirərək onların təcrübə və biliklərinin artmasında böyük rol oynayaraq onları bir araya gətirir, bu barədə onların şəbəkə xidmətində və baş verən hadisələrdə təcrübələrini artırır və onların öz düşüncələrində, kommunikativ davranışlarında irəliləyişin olacağına ümid verir. Konfransda dünyanın 17 ölkəsindən (Azərbaycan, Misir, Gürcüstan, Hindistan, İran, Ukrayna, Rusiya, Rumıniya,Pakistan, Yaponiya, Tayvan, Şri Lanka, İndoneziya, Makedoniya, Türkiyə, Genuya, Toqo) 300 müəllim və şagird iştirak edirdi. Zirvə toplantısına hazırlıq zamanı şagirdlər bir sira layihələr üzərində işləyərək Yaponiya və Türkiyə məktəbliləri ilə “Global İstiləşmə və Müasir Dünya ” və bu problemin həlli yollarını video konfraslarda birgə müzakirə etmişlər. Layihə çərçivəsində şagirdlər “Global Fəlakət Təhlükəsizlik Xəritəsini” hazırlamışlar ki, burada məktəbi əhatə edən ərazini tədqiq edərək məktəbətrafı ərazinin xəritəsini yaratmış və bu xəritəni Bursada digər ölkələrin xəritəsi ilə bərabər nümayiş etdirmişlər. Bundan başqa şagirdlər Azərbaycan və Azərbaycanda olan təbii fəlakətlər və bu fəlakətləri aradan qaldırmaq yolları haqda təqdimatla sammitdə uğurla çıxış etmişlər. 220 saylı məktəb liseyin komandası (Mədinə Mahmudova, Fuad Hüseynli, Aytac Şəfiyeva, Novruz Məmişov, Rəhimə Qurbanlı) bu zirvə toplantısında çox böyük müvəffəqiyyətlə çıxış edərək fəxri diplom və sertifikatlarla təltif olunmuşlar. Bu proyektin mövzusu bu gün çox aktualdır və bugünkü gənclərin global istiləşmənin dünyadakı təsirini öyrənərək onun törətdiyi fəsadları aradan qaldırma yolları haqqında düşünmələri çox vacibdir. Türkiyədə bu sammit çox yüksək qiymətləndirilmiş və yerli mətbuatda bu zirvə haqda məqalələr öz əksini tapmışdır.

HAQQIMIZDA

    220 nömrəli məktəb – lisey 1967-cı ildə inşa edilmişdir. Hal-hazırda mə...

BİZİM FƏXRLƏRİMİZ

Nigarə Səfərli Müşfiq

Hüseyn İsayev Vasif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi