Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu

    2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayələndirindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun ( Əhməd bəy Mirzə Həsən oğlu Ağayev) (1869-1939) anadan olmasının 150 illiyi tamam oldu.

    28 noyabrda 8 "D" sinfində bu əlamətdar hadisəyə həsr olunmuş təqdimat keçirildi. Kiçik Akademiyanın humanita fənlər blokunun fəalları görkəmli şəxsiyyətin həyat və yaradıcılığı ilə bağlı ətraflı təqdiqat aparıb, onun haqqında geniş fikir söyləyib, böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışdılar.

    Təqdimatda mühazirələr, şəkillər təqdim edildi, Əhməd bəy Ağaoğlunun kitabları sərgiləndi və yaradıcılığına həsr olunmuş videorolik izlənildi.

    Qeyd edək ki, 1869-cu ildə Şuşada dünyaya göz açan Ə.Ağaoğlu Fransada təhsil alıb. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi ” qəzetində məqalələr yazıb. O, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edib və redaktoru olub. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin “Difai” (müdafiə) təşkilatını qurub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzv olan ictimai xadim Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan digər soydaşlarımız kimi bir daha vətən qayıda bilməyib.

    Ə.Ağaoğlu ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. 19 may 1939-cu ildə İstanbulda vəfat edib Feriköy məzarlığında dəfn edilib.

    Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd bəy Ağayev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

    Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi