Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ilə görüş

15 may tarixində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirdilər. Görüşdə əsas mövzular kimi narkomaniyanın fəsadları və kibercinayətkarlıqla mübarizə məsələləri müzakirə olundu. Polis əməkdaşları şagirdlərə bu problemlərin cəmiyyət və fərdlər üçün yaratdığı təhlükələr barədə geniş məlumat verdilər, həmçinin şagirdləri maarifləndirərək bu kimi hallardan uzaq durmağın vacibliyini vurğuladılar.
Görüşün məqsədi, şagirdlər arasında hüquqazidd halların qarşısını almaq, onların hüquqi maariflənməsini artırmaq və sağlam həyat tərzinə təşviq etmək idi.