Dəyirmi masa keçirilib

Məktəbdə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə silsilə tədbirlər çərçivəsində 9 "C" sinfində dəyirmi masa keçirilib. Tarix fənn müəllimi Hafiz Azayevin rəhbərliyi ilə təşkil olunan tədbirin məqsədi şagirdlərə Azərbaycanın dövlət suverenliyi, Konstitusiyanın mahiyyəti və tarixi əhəmiyyəti barədə biliklər vermək, onların vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olmuşdur. Tədbir zamanı mövzu ətrafında müzakirələr aparılıb, şagirdlər fəal iştirak ediblər.