Breyn-Rinq 2025

     “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual məktəb çempionatı – Breyn-rinq 2025
     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsilalanların intellektual və yaradıcı inkişafına dəstək göstərilməsi, asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə əlaqədar olaraq 17 may tarixində “Breyn-rinq 2025” intellektual məktəb çempionatı keçirildi.
     Bakı şəhəri 18 nömrəli ümumtəhsil məktəbində baş tutan bu yarışda paytaxtın bütün rayonlarını əhatə edən ümumtəhsil məktəblərinin 8–10-cu sinif şagirdləri biliklərini sınadılar.
     Məktəbin şagirdlərindən ibarət "Femida" komandası yarışda uğurla çıxış edərək 60 komanda arasında 3-cü yerə layiq görüldülər və final mərhələsinə yüksəldilər.
     Komandamıza növbəti mərhələdə uğurlar arzulayırıq!
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi