Müəllimlər üçün istirahət turu təşkil edilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi rayon komitəsinin dəstəyi ilə müəllimlərin sosial rifahının yaxşılaşdırılması, kollektiv arasında həmrəyliyin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif istirahət və mədəni-maarif turları təşkil olunur. Bu çərçivədə məktəbin müəllimləri üçün də bir tur təşkil edilmişdir. Onlar Xaçmaz rayonunda yerləşən "Çoban bulağı" istirahət mərkəzində istirahət edərək xoş və unudulmaz vaxt keçirmişlər.