Tarixi abidələrimizə ekskursiya

     Yaz tətili çərçivəsində 2 "A" sinfi ilə maraqlı və maarifləndirici ekskursiya təşkil olundu. Şagirdlər İçərişəhərə və Şirvanşahlar sarayına səfər edərək tariximizlə yaxından tanış oldular.
     Bu ekskursiyanın əsas məqsədi uşaqlara milli-mədəni irsimizi tanıtmaq, onların tarixə marağını artırmaq və vətənpərvərlik hisslərini gücləndirmək idi. Tarixi abidələrlə yaxından tanış olan şagirdlər həm öyrəndilər, həm də əyləncəli vaxt keçirdilər.
     İçərişəhərin dar küçələri, daş divarları və qədim atmosferi uşaqlarda böyük maraq oyatdı. Şirvanşahlar sarayı isə öz möhtəşəmliyi ilə onlarda dərin təəssürat yaratdı.
     Ekskursiya sinif rəhbəri Həsənova Minayənin təşəbbüsü ilə baş tutdu və uşaqlar üçün unudulmaz bir gün oldu.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi