Maraqlı tədqiqat
Noyabrın 22-də Macarıstan Universitetinin doktorantı Könül Kərimova tərəfindən "Rus və ingilis dillərində oxu bacarıqlarının qiymətləndirilməsi, onun şagirdlərin "mən konsepti"nə və psixologiyasına təsiri, online və klassik qiymətləndirmələr arasında fərq" mövzusunda tədqiqat aparıldı. Tədqiqat işində 10-cu sinif şagirdləri iştirak etdi. Şagirdlər iki qrupa bölündükdən sonra ilk qrupa kompyuter vasitəsilə online test, ikinci qrupa isə klassik üsulda olan test təqdim edildi. Daha sonra qruplar yer dəyişərək qiymətləndirmə davam etdirildi və beləliklə bütün şagirdlər həm klassik həm də online test üsulundan istifafə etmiş oldular.
Qiymətləndirmənin məqsədi multilevel analiz, qruplararası, siniflər arası və məktəblərarası fərqin uşaq psixologiyasina və bacarıqlarına təsirini araşdırmaqdır.