Kiçik Akademiya fəalları Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda oldular
Məktəbin 9-cu sinif şagirdlərindən ibarət Kiçik Akademiya fəallarının iştirakı ilə Akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna ekskursiya təşkil olundu. Ekskursiyaya məktəbin kimya müəllimi Şamilli Rəna rəhbərlik edirdi.
Seminarda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gənc alimlər şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədağa oğlu Məmmədov və analitik kimya laboratoriyasının müdiri, kimyaçı alim Aydın Məhəmməd oğlu Paşacanov iştirak edirdi.
İlk növbədə şagirdlərə İnstitutun keçmiş Akademikləri haqqında ətraflı məlumat verildi. Daha sonra şagirdlər İnstitutun elmi tədqiqat laboratoriyaları ilə yaxından tanış oldular. İnstitutun kiçik elmi işçiləri şagirdlərə aparatlarla necə işlədiklərini göstərdilər, şagirdlər özləri də bir neçə təcrübə apardılar.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.