Qarakənd faciəsi
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycana məxsus hərbi vertolyot qəzaya uğrayır. Nəticədə Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər faciəli şəkildə həlak oldular.
Həmin o faciənin qurbanlarını yad etmək məqsədilə məktəbin şagirdləri və GÇH rəhbəri İ. Babayev Fəxri xiyabanda olmuşlar. Vətən eşqli şagirdlərimiz Azərbaycanın dəyərli dövlət xadimlərini dərin hüznlə yad etmişlər.