"Tullantıdan sənətə"
Məktəbin texnologiya fənn müəllimləri təşkilatçılığı ilə 5 və 6-cı sinif şagirdləri "Tullantıdan sənətə" muzey kompleksində ekskursiyada oldular. Burada məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyaların hazırlanmasını və istifadəsininin mümkünlüyünü təbliğ etmək idi.
Şagirdlər sərgilərə çox maraqla baxıb bəyəndiklərini söylədilər.